Icma.az
close
up
RU
“Uşaqlar müəllim qarşısında özlərini itirirlər” Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ

“Uşaqlar müəllim qarşısında özlərini itirirlər” Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Uşaqların həyəcanlanmasının əsas səbəblərindən biri pedaqoqlarla bağlıdır. Müəllimlər nəzərə almalıdır ki, məktəbə gələn hər bir şagird yalnız görünüş baxımından deyil, həm də xarakter və psixoloji vəziyyətinə görə fərqlidir. Buna görə də belə uşaqlara dəstəkləyici münasibət göstərmək daha məqsədəuyğundur”.

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında pedaqoq, klinik psixoloq Nuriyyə Quliyeva bildirib.

Onun sözlərinə görə, uşağın potensialını bilən valideynlər daha çox stress yaşayır: pizza hut

“Əgər uşaq həyəcanlı, gərgin və narahatdırsa, bu, kollektivdə dərhal hiss olunur. Onlar evdə dərslərini rahat danışsalar da, məktəbdə özlərini itirirlər. Hətta müəllimlə tək qaldıqda dərsi yaxşı izah edə bilirlər, amma sinif yoldaşları qarşısında bunu bacarmırlar. Bu vəziyyət isə valideynlər üçün daha da gərginlik yaradır. Çünki övladının potensialını görən valideyn onun məktəbdə özünü ifadə edə bilməməsindən narahat olur”.

Psixoloq əlavə edib ki, bəzi hallarda uşaq axşam dərs oxusa da, səhər onu unudur:

“Valideynlər düşünməsin ki, uşaq evdə dərsi yaxşı danışıbsa, müəllimə də eyni formada cavab verəcək. Çünki psixologiyada “unutma əyrisi” deyilən anlayış var. Ona görə də səhər mütləq təkrar edilməlidir. Çox vaxt öyrənilən məlumat qısamüddətli yaddaşda qalır və tez silinir. Buna görə valideynlər arxayınlaşmamalıdır”.

Nuriyyə Quliyevanın fikrincə, bu məsələdə müəllimlərin yanaşması da mühüm rol oynayır:

“Təəssüf ki, pedaqoqlar bütün uşaqlara eyni münasibət göstərirlər. Bu isə düzgün deyil. Çünki həmin halda müəllim düşünür ki, şagird dərsə hazır deyil. Halbuki belə uşaqlara daha diqqətli və mülayim yanaşmaq lazımdır. Sərt münasibət tamamilə yolverilməzdir. Xüsusilə də ibtidai siniflərdə bu məsələ önəmlidir. Çünki uşaq yeni mühitə uyğunlaşır və müəllimlə yanaşı, sinif yoldaşlarını da tanımağa başlayır”.

Mütəxəssis vurğulayıb ki, həyəcanlanan bütün uşaqlara psixoloq müdaxiləsi vacib deyil:

“Əgər valideynlər və müəllimlər dediyim məqamlara diqqət etsələr, problem aradan qalxar. Amma məsələ uzanarsa, “uşaqdır, keçib gedər” yanaşması doğru deyil. Belə hallarda mütəxəssis rəyi və düzgün diaqnoz əsasında addım atmaq daha faydalıdır. Əks halda bu proses davranış və ya təşvis pozuntusuna gətirib çıxara bilər”.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri