Icma.az
close
up
RU
Uşaqlar niyə ayaqüstü yemək lərə meyl edirlər? AÇIQLAMA

Uşaqlar niyə ayaqüstü yemək lərə meyl edirlər? AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Uşaqlar evdə bişən yeməklərə deyil, daha çox kafe, restoran və "fast food" (“ayaqüstü yemək”) yeməklərinə üstünlük verirlər. Bunun kifayət qədər səbəbİ var. Əgər məsələyə müstəqil fərd kimi formalaşan bir uşağın mövcud vəziyyəti qiymətləndirməsi baxımından yanaşsaq, əslində onlar öz seçimlərində müəyyən mənada haqlıdırlar. Niyə? Çünki biz evdə yeməyi monotonlaşdıranda, qidalanma prosesini eyni və maraqsız hala gətirəndə uşağın həmin yeməyə marağı azalır. Ümumiyyətlə, cəmiyyət olaraq qidalanmada kifayət qədər səhvlərimiz var".

Redaktor.az xəbər verir ki, bu fikirləri 4 mart - Dünya Piylənmə Günü ilə bağlı keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə dedi.

O əlavə etdi ki, kənar məkanlarda isə vəziyyət fərqlidir:

"Əvvəla, seçilən məkanın özü maraqlıdır. Ora əyləncə mühitidir. Musiqi səslənir, fərqli ab-hava var. Təqdimat forması cəlbedicidir. Uşaq həmin məkana gedib toyuq şorbası yemir; o, "fast food" seçir, daha sürətli hazırlanmış, dadı gücləndirilmiş, duzlu, şəkərli, xüsusi dadlandırıcılar əlavə olunmuş yeməklər. Üstəlik, bu qidalar rəngarəng və cəlbedici qablaşdırmada təqdim olunur. Televiziyada və sosial mediada sevdikləri qəhrəmanlar tərəfindən reklam edilir. Şəkərli və asılılıq yarada bilən içkilər də bu menyunun bir hissəsidir. Təbii ki, bu amillər uşağa daha cəlbedici gəlir və o seçimi edir.

Digər mühüm məqam ondan ibarətdir ki, biz çox vaxt bu qidaları mükafat kimi təqdim edirik. Mükafat olaraq verilən hər bir şey uşağın şüuraltında daha dəyərli və arzuolunan kimi formalaşır. Beləliklə, həmin qidalar “xüsusi” və “daha dadlı” kateqoriyasına keçir. Yemək üsulu da rol oynayır. Bir tərəfdə evdə qaşıqla şorba içmək var, digər tərəfdə isə əli ilə rahat tutub yeyə biləcəyi, hissə-hissə istehlak edəcəyi, müxtəlif souslara batıraraq dadını artıracağı yeməklər var. Mayonez, ketçup və digər dadlandırıcılar uşağın marağını daha da artırır. Bəzən valideynlər evdə də yanlış üsula əl atırlar, ekran qarşısında yemək yedirtməyə çalışırlar. Bu zaman uşağın diqqəti tamamilə cizgi filmində və ya yutubda olur, valideyn isə fürsətdən istifadə edib onu tez yedirtməyə çalışır. "Fast food" məkanında da diqqət ətraf mühitə yönəlir, uşaq əylənir və üstəlik dadlı yemək təqdim olunur. Təbii ki, bu variant ona daha cəlbedici görünür".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Mart 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri