Icma.az
close
up
RU
Uşaqlar zeytunu niyə sevmir Alimlərdən AÇIQLAMA

Uşaqlar zeytunu niyə sevmir Alimlərdən AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşaqların zeytun, brokkoli, sarımsaq və ya xaşil kimi məhsullardan xoşlanmaması valideynləri tez-tez narahat edir. Lakin alimlər bunun tamamilə normal və təbii proses olduğunu bildirirlər.

Redaktor.az xəbər verir ki, Perm Milli Tədqiqat Politex Universiteti tədqiqatçıları uşaqlarda dad mexanizminin necə işlədiyini və niyə bəzi qidaların onlar üçün xoşagəlməz göründüyünü izah ediblər.

Mütəxəssislərin sözlərinə görə, uşaqlarda dad reseptorları böyüklərlə müqayisədə daha həssasdır. Xüsusilə acı dadlar onlarda avtomatik olaraq təhlükə siqnalı kimi qəbul olunur. Bu, bioloji müdafiə mexanizmidir: acı dadlar təbiətdə çox vaxt zəhərli və ya toksik maddələrlə əlaqələndirilir. Ona görə də zeytun, kərəviz, brokkoli kimi bir qədər acılıq və kəskinlik daşıyan qidalar uşaqlarda dərhal rədd reaksiyası yaradır.

Alimlər bildirirlər ki, dad vərdişlərinin əsasları hələ ana bətnində formalaşır. Döl amniotik maye vasitəsilə ananın yediyi qidaların qoxularını qəbul edir və bu, erkən dad yaddaşının yaranmasına səbəb olur. Lakin uşaqlıq dövründə xarici mühit, sosial davranış, ailədə qida vərdişləri dadın formalaşmasında daha böyük rol oynayır.

Yaş artdıqca bu həssaslıq azalır, dad reseptorlarının sayı isə tədricən dəyişir. Sosial təsir və təcrübə də mühüm rol oynayır: uşaq müəyyən qidalara dəfələrlə rast gəldikcə və böyüklərin davranışını təqlid etdikcə həmin dadlar ona daha tanış və qəbulolunan olur.

Tədqiqatçılar deyirlər ki, uşağın hər hansı qidaya qarşı ikrah hissi valideynləri narahat etməməlidir, bu, tamamilə normal mərhələdir. Vaxt keçdikcə, dad spektri genişlənir və əvvəl xoşagəlməz görünən qidalar böyüklük dövründə sevimli məhsullara çevrilə bilər.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri