Icma.az
close
up
RU
Uşaqlar üçün ciddi təhlükə Leyner mazından istifadə niyə qadağandır?

Uşaqlar üçün ciddi təhlükə Leyner mazından istifadə niyə qadağandır?

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tərkibində bor turşusunun miqdarı 3 faizdən çox olduğuna görə bir çox ölkədə leyner mazının istifadəsi qadağan edilib.

Bəs bu mazdan istifadənin hansı fəsadları ola bilər?

Medicina.az bildirir ki, bu barədə açıqlama verən pediatr Xəyalə Quliyeva bildirib ki, bor turşusunun orqanizmə toksiki təsir göstərdiyi artıq sübut olunub: "Çox vaxt əhali arasında uzun illər ərzində təbabətdə istifadə olunan dərmanların təhlükəsinin olmaması, insan orqanizminə zərər vurmaması haqqında fikir formalaşır.

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Azərbaycanda "Buflomedil" və bor turşusu tərkibli preparatların dövlət qeydiyyatının ləğv olunması ilə bağlı Səhiyyə Nazirliyinin Farmokaloji və Farmakopeya Ekspert Şurasına müraciət də edib. Müraciət nəzərdən keçirildikdən sonra məlum olub ki, yerli istifadə olunan bor turşusu preparatlarının yüksək toksikliyi bəzi hallarda uşaqlarda ölümə səbəb olub.

Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar və klinik müşahidələr bor turşusunun orqanizmə toksiki təsir göstərdiyini sübut edib. Avropa və Amerika tədqiqatçıları elmi məqalələrində bu kimi hallar vurğulanıb. Zəhərlənmənin əsas səbəbi isə bor turşusunun böyrəklərdən dəyişilməmiş vəziyyətdə ifraz olunmasıdır. Böyrəklərin funksiyası normal olduğu halda zəhərlənmə yüngül keçir, hər hansı səbəbdən onların funksiyalarında problemlər yarandığı halda isə bu turşu orqanizmdə daxili ağır zəhərlənməyə qədər gətirib çıxara bilər".

Pediatrın sözlərinə görə, 3 yaşına kimi uşaqlara tərkibində bor turşusu olan preparatlardan istifadə qadağandır: "Keçən əsrin 70-ci illərindən etibarən bor turşusu toksik preparat kimi hesab edilir və onun təbabətdə istifadəsinə məhdudiyyətlərin qoyulmasına dair tədbirlər görülür. Belə ki, əksər ölkələrdə bor turşusunun istifadəsində onun konsentrasiyası 1-3% ilə məhdudlaşdırılır və tərkibində bu preparat olduğu dərmanların etiketlərinə "yalnız xarici istifadə üçün", "geniş dəri zədələnmələrində istifadə oluna bilməz", "uşaqlar üçün istifadə edilmir" xəbərdarlıq yazıları qeyd edilir. Bor turşusu demək olar ki, konservant kimi, qeyd olunan faizdə göz, qulaq, burun damcılarında istifadə olunur və 3 yaşına qədər uşaqlarda istifadə edilməsinə qadağa qoyulur".

X. Quliyeva qeyd edib ki, hazırda Azərbaycanda da bunun toz şəkilində istifadəsinə qadağa qoyulub  və preparatın tərkibində olan bor turşusunun yalnız 1-3% konsentrasiyası olduğu halda istifadəsinə icazə verilir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri