Icma.az
close
up
RU
Uşaqlar üçün idmanla məşğul olmağın hansı faydaları var

Uşaqlar üçün idmanla məşğul olmağın hansı faydaları var

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Uşaqların böyümə və inkişaf dövründə hüceyrələrinin böyüməsi və çoxalması nəticəsində bədən hüceyrələrində artım görülür. İnkişaf dövründə isə toxuma quruluşları və hüceyrə quruluşları böyüdükcə formalaşır. Bu dövrlərdə düzgün qidalanma qədər keçirilən idmanın uşaqlar üzərində həm fiziki, həm də zehni və ruhi müsbət təsirləri olur. Kiçik yaşda əldə edilən vərdişlər həyat boyu qalıcı olur. İdman etmək də bu vərdişlərdən biridir. Bu səbəbdən uşaqlar idmana cəlb edilməli və bu mənada uşaqlara kiçik yaşlardan etibarən dəstək olmalıdır. İdman etmələri üçün bəzi kurslara göndərməklə yanaşı, siz də uşaqlarınız ilə birlikdə məşq edə, qaçışa çıxa, yürüş edə, basketbol, ya da futbol oynaya və ya velosipedə minə bilərsiniz”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyev qeyd edib ki, nizamlı idman etmək, uşaqlarda kilo nəzarəti təmin edir. Xüsusilə günümüzdə artan səhv qidalanma vərdişləri üzündən uşaqlarda köklük ciddi şəkildə artım göstərdi. Bu vəziyyət diabet, böyümə hormonu ifrazetmə pozğunluqları, qan yağlarından zərərli olanlar yüksəklik kimi sağlamlıq problemləri ilə qarşılaşma riski yaradır: “Kiçik yaşlarda nizamlı keçirilən məşqlər uşaqlarda sümük əriməsi riskini azaldır və 25-30 yaşda çatılan zirvə sümük sıxlığı səviyyəsinin daha yüksək olmasını təmin edir. İdman edən uşaqlar daha çevik olurlar və bədənləri daha gümrah olur. Uşaqların müntəzəm məşq etmələri fiziki hakimiyyət duyğularının və özünə olan inamlarının inkişafında yardımçı olur. İdman etmək sosial olaraq da uşağın daha fəal olmasını təmin edir. Uşaq idman edərkən digər uşaqlarla ünsiyyət qurmağı, bir qrupa mənsub olma hissini və bölüşməyi öyrənir”.

“İdman edən uşaqların akademik həyatlarının daha uğurlu olma ehtimalı da yüksəkdir. İdman edərkən liderlik xüsusiyyətləri qazanmağın və inkişaf etdirməklə yanaşı, komanda işinə uyğunluqları artır, komanda olma ruhunu da öyrənirlər. Nizamlı məşq vərdişinin qazanılması ürək və damar sağlamlığı ilə bağlı risk amillərini müsbət istiqamətdə təsir göstərərək bu xəstəliklərdən qorunmağı təmin edir. İdman edən uşaqlar daha çevik olurlar və bədənləri daha gümrah olur.İdman edən uşaqlar idmanda öyrəndikləri və qazandıqları intizamı həyatlarının digər sahələrinə də həyata keçirə bilərlər.Uşaqlar idman edərkən özünə hədəf qoymayın, bir məqsədi olmasının əhəmiyyətini və o hədəfə çatmaq üçün necə çalışılması nə qədər əmək sərf etməsi lazım olduğunu öyrənir. Stres günümüzdə artıq uşaq yaşlarda belə görünə bilər. İdman etmək uşağı sakitləşdirir, stresini alır və bədənində yığılan mənfi enerjini bayıra atmasını təmin edir. Kiçik yaşlarında idman etmək vərdişi olan uşaqların yetkin vaxtlarında idmana davam etmə nisbəti digər insanlara görə daha yüksəkdir”, - deyə G.Quliyev fikrini tamamlayıb.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri