Uşaqlar üçün pensiya planı Azərbaycanda nə vaxt tətbiq olunacaq?
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Almaniyada koalisiya hökuməti 6-18 yaş arası uşaqlar üçün yeni pensiya planı üzərində işləyir.
Bəs ölkəmizdə necə, uşaqlar üçün pensiya ayrıla bilərmi?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli deyib ki, əslində bu pensiya deyil, uşaqpulu formatında bir sosial dəstəkdir.
Onun sözlərinə görə, Azərbaycan yaxın vaxtlarda uşaqpulu tətbiq etməyi planlaşdırmır:
“Uşaqpulu, uşaqlar üçün pensiya və digər bu tip təşəbbüslər əsasən demoqrafik artımın zəiflədiyi ölkələrdə gündəmə gəlir. Azərbaycanda isə hazırda belə bir problem yoxdur. Əhalinin sayı artır, həmçinin gənclərin ümumi əhali içindəki payı da kifayət qədər yüksəkdir. Yəni, Almaniyanın üzləşdiyi problem bizdə müşahidə olunmur".
Xalid Kərimli onu da əlavə edib ki, hökumət daha çox aztəminatlı ailələrə yönəlik ünvanlı sosial yardım siyasətini üstün tutur:
"Yəni, doğulan uşağa görə yox, ailənin maddi vəziyyətinə görə yardım edilməsi üstünlük təşkil edir.
“Yəni doğulan hər bir uşaq üçün deyil, ailənin ümumi maddi vəziyyətinə əsasən yardım göstərilməsi prioritet sayılır. Əslində, cəmiyyət bu məsələni daha geniş müzakirə etməlidir. Məsələn, ünvanlı sosial yardımın əldə olunmasının sadələşdirilməsi, məbləğin artırılması və digər texniki məsələlərin təkmilləşdirilməsi daha önəmlidir”.
Günel Məlikzadə
Baxış sayı:98
Bu xəbər 03 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















