Azərbaycanda uşaqlar üçün “Gələcəyin pensiya fondu” tətbiq oluna bilərmi? MARAQLI CAVAB KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyada koalisiya hökuməti 6-18 yaş arası uşaqlar üçün yeni pensiya planı üzərində işləyir. Bəs Azərbaycanda doğulan hər uşaq üçün “gələcəyin pensiya fondu”nu yaratmaq mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda bu ideyanın Azərbaycanda həyata keçirilməsi real görünmür.
“Gələcəyin pensiya fondu Yaradıla bilməz. Çünki ilk öncə Almaniya kimi güclü iqtisadiyyat qurmaq lazımdır. Ondan sonra sosial layihələrə geniş vəsait ayırmaq mümkün ola bilər. Almaniyanın iqtisadiyyatı çox güclüdür. Dünyanın ən böyük beş iqtisadiyyatı sırasında yer alır və ən çox ixrac edən ölkələrdən biridir. Ona görə də bu cür iri sosial layihələri reallaşdırmaq gücünə malikdir. Azərbaycanda isə bu məsələ yaxın gələcəkdə gündəmə gətirilməyəcək”, – deyə iqtisadçı vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 12 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















