Icma.az
close
up
RU
Azərbaycanda yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ

Azərbaycanda yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Son günlər Azərbaycanda uşaqlar və böyüklər arasında yayılan öskürək, burun axıntısı və boğaz ağrısı kimi simptomlarla müşahidə olunan kəskin respirator virus infeksiyaları narahatlıq doğurur. Məlum virusa azyaşlılar daha tez yoluxsa da, böyüklər arasında iş yerlərində virusun sürətlə yayılması müşahidə olunur. Virus əsasən qış aylarına xas olan mövsümi qrip və kəskin respirator infeksiyaların birləşməsindən ibarətdir və zəif immunitetə malik şəxslərdə daha ağır simptomlar yarada bilər.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, adətən payız və qış aylarında müxtəlif respirator infeksiyanın yayılmasını müşahidə edilir: "Qrip, adenavirus, pnevmokok və digər virusların yayılmasını görürük.

Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Covid-19 pandemiyası bitsə də epidemioloji ocaqlar hələ davam edir. Omikron ştammının mutasiya variantları aradan getməyib. Bundan başqa, rotaviruslar enteraviruslar da xeyli geniş yayılıb. Bir neçə ay öncə qızılcanın geniş vüsət aldığı epidemiyanı da müşahidə etdik.

Hesab edirəm ki, epidemioloji vəziyyət xeyli qarışıqdır. Nəzərə almaq lazımdır ki, əhali pandemiyadan çıxıb və immun sistemi də xeyli zəifləmiş durumdadır. Ona görə də birmənalı nəsə demək çətindir. Hər halda xəstəliklər yetərincədir və xüsusilə də hava damcı yoluna yoluxan xəstəliklərdən insanlar özlərini qorumalıdırlar".

Tanınmış infeksionist həmçinin əlavə etdi ki, hazırki durumda xəstələnmiş şəxslər mümkün qədər bayıra çıxmamalıdır:

"Xəstə olan yerlərdə - kollektivdə maska ilə gəzməli, məsafə gözləməli, əllərin dezinfeksiyasına diqqət etməliyik. Yəni bunu biz artıq pandemiya dövründən öyrənmişik. Ona görə hesab edirəm ki, bunlara riayət etmək daha məqsədəuyğun olar.

Xəstələnən şəxslər isə yataq rejiminə keçməli, çoxlu maye qəbul etməli və sağalana qədər yataqda qalmaq daha məqsədəuyğundur. Bundan başqa insanların vitaminli qidaları qəbul etməsi, fiziki aktivliyi artırması, təmiz havada gəzməsi çox vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 15 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri