Icma.az
close
up
RU
Uşaqlara görə 140 manat verilir: artım da ola bilər Deputatdan açıqlama

Uşaqlara görə 140 manat verilir: artım da ola bilər Deputatdan açıqlama

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaqlı ailələr arasında sosial dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr başlayıb. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrdə 1 yaşınadək uşaqlar üçün aylıq 140 manat məbləğində əlavə müavinət verilir. Bu ödəniş uşağın bir yaşı tamam olan ayın sonunadək davam edir. Son günlər həmin müavinətin yaşayış səviyyəsi orta və ya yalnız bir üzvü çalışan ailələrə də şamil olunması ehtimalı gündəmə gətirilib.

Bu müavinət digər kateqoriyadan olan ailələrə də tətbiq edilə bilərmi?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bu məsələdə büdcənin imkanları əsas götürülməlidir:

“Bəzən belə prosesləri xarici ölkələrlə müqayisə edir, yaxud buna şəxsi gözləntilərimiz əsasında yanaşırıq. Lakin büdcə hazırlanarkən onun real imkanları nəzərə alınmalıdır. Hazırda əsas məqsəd məşğulluğu artırmaq, özəl sektorun inkişafını stimullaşdırmaq və büdcədən asılı vətəndaşların sayını azaltmaq olmalıdır. Amma son illər əksinə, vətəndaşların dövlət dəstəyindən asılılığı daha da artır və bu, əlavə çətinliklər yaradır”.

Fazil Mustafa

Deputat qeyd edib ki, ailəyə düşən yükün daha çox işləyən əhali və məşğulluq imkanlarının genişləndirilməsi hesabına azaldılması vacibdir:

“Sahibkarlara daha çox sərbəstlik verilməli, yeni iş yerlərinin açılması təşviq olunmalıdır ki, insanlar dövlət müavinətlərinə ümid etməsinlər. Ödənişlər isə yalnız həqiqətən ehtiyacı olan uşaqlı ailələrə verilməlidir. Belə olduqda həmin ailələrə daha yüksək məbləğdə yardım göstərmək də mümkün olar. Çünki subyektlərin sayı çox olduqda müavinət məbləğinin hamıya çatması üçün onun azalması qaçılmaz olur”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri