Icma.az
close
up
RU
Evlənənlərə 19 min manat verilir Deputatdan açıqlama: Azərbaycanda...

Evlənənlərə 19 min manat verilir Deputatdan açıqlama: Azərbaycanda...

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyədə gənc ailələrin qurulmasına dəstək məqsədilə görünməmiş məbləğdə maliyyə yardımı proqramı elan edilib.
Demokrat.az saytı xəbər verir ki, qardaş ölkənin Diyanət İşləri İdarəsinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ehtiyacı olan nişanlı gənclərə 500 min lirə (təxminən 19 min AZN) məbləğində birdəfəlik yardım ediləcək.
Bu böyük məbləğli dəstək proqramı xüsusilə maddi çətinliklər səbəbindən toyunu təxirə salan gənclər üçün nəzərdə tutulub. "İki İnsan Bir Hayat" adı verilən layihədən yararlanmaq üçün müraciət edənlərin 18-35 yaş aralığında olması və ailə gəlirlərinin müəyyən edilmiş həddi (iki minimum əməkhaqqı) aşmaması tələb olunur. Müraciətlərin 2026-cı ilin mart ayında qəbul ediləcəyi və yardımın geri ödənişsiz olması gənclər arasında böyük ümid yaradıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki: “Türkiyədə nəzərdə tutulan bu yardım daha çox seçkiöncəsi verilən vədlərlə bağlıdır. Belə vədlər isə əksər hallarda real vəziyyətlə tam uyğunluq təşkil etmir. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Ölkəmizdə demoqrafik proseslər Türkiyədəki qədər ağır mərhələdə deyil. Bununla belə, Azərbaycanda da ailə qurulması və doğum proseslərinin stimullaşdırılması zəruridir. Bu stimullaşdırmanın hansı formada həyata keçiriləcəyini müvafiq icra hakimiyyəti orqanları müəyyən edib təqdim edə bilər. Ümumilikdə, belə addımlar təkcə Türkiyədə deyil, digər ölkələrdə də demoqrafik siyasət çərçivəsində tətbiq olunur. Bu təcrübələr diqqətlə izlənilməli və öyrənilməlidir. Müvafiq müzakirələr aparıldıqdan sonra həmin mexanizmlərin Azərbaycan reallıqlarına uyğun şəkildə tətbiqi barədə qərar verilə bilər”.
Qeyd edək ki, bu tip sosial dəstək paketlərinin tətbiqi cəmiyyətin sağlam təməllər üzərində qurulması və gənclərin gələcəyə daha inamla baxması baxımından müstəsna əhəmiyyətə malikdir. Xüsusilə qlobal inflyasiya şəraitində toy və məişət xərclərinin artması belə yardımları daha da zəruri edir. Türkiyə modelinin nəticələri uğurlu olarsa, bu, gələcəkdə regionun digər ölkələri, o cümlədən Azərbaycan üçün də mühüm bir iqtisadi-sosial təcrübə rolunu oynaya bilər.
Leyla Turan
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Yanvar 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri