Icma.az
close
up
RU
“Uşaqlara inanmaq, onlara motivasiya vermək lazımdır”

“Uşaqlara inanmaq, onlara motivasiya vermək lazımdır”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Futbol sadəcə top arxasınca qaçmaqdan ibarət oyun deyil. O, həm də uşaqlar üçün həyat məktəbidir – dostluq, nizam-intizam, mübarizə və əməkdaşlıq dərslərinin verildiyi bir məktəb. Xüsusən də uşaq futbolu – gələcəyin böyük oyunçularının ilk addımlarını atdığı, eyni zamanda şəxsiyyət olaraq formalaşdığı ən mühüm mərhələdir. Burada əsas məqsəd təkcə texniki-taktiki bacarıqları aşılamaq deyil, hər şeydən əvvəl uşaqlarda futbola sevgi yaratmaq, onlara doğru istiqamət göstərməkdir.

Bu prosesdə məşqçinin rolu həlledicidir. Uşaq futbolunun məşqçisi sadəcə idman mütəxəssisi deyil, həm də müəllim, psixoloq, bəzən ata, bəzən də ən yaxın dost funksiyasını yerinə yetirir. Uşaqların həyatına təsir edən, onların gələcəyini yönləndirən insan olmaq isə böyük məsuliyyət tələb edir. Çünki hər səhv qərar, hər yanlış yanaşma uşağın təkcə futboldan yox, bütövlükdə idmandan və hətta öz arzusundan uzaqlaşmasına səbəb ola bilər.

Məhz buna görə də bu dəfəki söhbətimizdə uşaq futbolunun incəlikləri, gündəlik reallıqları və qarşısında duran problemlərdən danışmaq istədik. Müsahibimiz – illərin təcrübəsinə malik olan məşqçi Azər Cabbarovdur. O, şəxsi müşahidələri, yaşadığı təcrübələr və qarşılaşdığı çətinliklər əsasında uşaq futbolunun mahiyyətindən, bu sahədəki çatışmazlıqlardan və inkişaf yollarından danışır.

– Azər müəllim, uşaq futbolu sahəsində məşqçi olmaqla, peşəkarlarla işləmək arasında hansı praktik fərq var?

– Açığı, futbolçu karyeramı bitirəndə düşünürdüm ki, heç vaxt məşqçi işləmərəm. Çünki məşqçilik mənə olduqca uzaq görünürdü. Allahın işidir, elə gətirdi ki, məşqçi olmalı oldum. Sonra dedim ki, məşqçi olsam da, uşaq komandasının məşqçisi heç vaxt olmaram. Sonra elə alındı ki, uşaq məşqçisi olmalı oldum.

– Uşaq komandasının məşqçisi olmağın bir əsas xüsusiyyəti var ki, burada əsas məsələ uşaqlara futbol oynamağı öyrətməkdən əvvəl onlara futbolu sevdirməyə çalışmalısan. 7-8 yaşlı uşağa futbolu sevdirmədən necə nəsə öyrətmək olar?
– Çox şükür ki, qismətimə elə uşaqlar çıxdı ki, onlar mənə futbolu sevdirdilər. Mən həmişə deyirəm ki, mənim futbolçularım yoxdur, mənim övladlarım var. Bunu heç vaxt yadımdan çıxartmıram. Onlarla bağlı hər şey mənə əzizdir. Səhvləri də, düzləri də, cəsarətli hərəkətləri də. Əsas hansısa oyunda hansısa nəticə yox, onların inkişafıdır. Məncə, peşəkar futbolçularla işləməklə uşaqlarla işləməyin əsas cəhəti elə budur.

– Yəqin ki, siz də bu situasiyanı çox yaşamısınız. Uşaq gəlir – baxırsınız ki, çox istedadlıdır. Ona həvəslə yanaşırsınız, enerji, vaxt sərf edirsiniz, bildiklərinizi öyrədirsiniz, yetişdirirsiniz. Amma o uşaq bir yaşa çatandan sonra futbolla vidalaşır, bir növ həyatının axarını tamam başqa istiqəmətə yönəldir. Bu halda nə hiss edirsiniz? Ümumiyyətlə, belə hallar niyə baş verir?
– Təəssüf ki, belə hallarla tez-tez rastlaşırıq. Bunun bir çox səbəbləri olur. Ya uşaqlar böyüdükcə gördükləriylə gözlədikləri arasında fərqi görüb həvəsdən düşürlər, ya zədələnirlər, ya da professional komandaların kaprizlərinə görə futboldan küsürlər. Bir məsələni xüsusi qeyd edim. İndi bir çox professional komanda yeniyetmə oyunçuları seçəndə boyu, cüssəni əsas götürürlər, fiziki cəhətdən hələ inkişafa başlamamış uşaqları kənarda qoyurlar. Bu,ədalətsiz yanaşmadır. Bunu bildiyimiz üçün biz komandamıza qatılmaq üçün fiziki göstəriciləri heç nəzərə almırıq. Çünki bilirik ki, hər adam fiziki cəhətdən inkişafa bir yaşda başlayır. Həm də futbolda boydan daha vacib şeylər var.

Bir yerdə oxumuşdum ki, Avropadakı hansısa futbol akademiyasında da bu cür davranırdılar deyə məşqçilərdən biri rəhbərliyə şikayət edir və təklif edir ki, “o çəlimsiz uşaqları mənə verin, mən sizə kölgə komandası qurum”. O akademiyada məşqçisinə inanıb o komandanı qurmağa razılıq verir. Nəticə nə olur? O kölgə komandasından Eden Hazard, Dris Mertens, Lorenzo İnsinye kimi oyunçular çıxır, o əsas komandadan isə heç kim futbol karyerasına davam etmir. Yəni, boy, fiziki göstəricilər hər şey deyil. Uşaqlara inanmaq, onlara motivasiya vermək lazımdır. Bizim komandamızda bütün uşaqlar əsas heyətdə yer tapırlar, hamısı özlərini inkişaf etdirmək, təcrübələrini artırmaq şansı qazanırlar. İstər yaxşı oynasınlar, istərsə də pis. Bizim əsas komandamız bütün heyətimizdir.

– Yəqin ki, siz də razılaşarsınız ki, uşaqlarla işləmək, onlarla bir nəticəyə nail olmaq üçün peşəkar məşqçilikdən daha fərqli keyfiyyətlər də tələb olunur – psixologiya biliyi, səbr, ən əsası da sevgi. Oyunçularınızla necə yola gedirsiniz ?
– Dediyim kimi, onlar mənim övladlarımdır. Övladlarıma necə, onlara da elə davranıram. Çalışıram ki, uşaqların üzü məşqə gələndə də gülsün, məşqdən gedəndə də. Heç bir uşağın göz yaşını hansısa kuboka, nəticəyə, nailiyyətə dəyişmərəm. Özümə qoyduğum əsas məqsəd komandada məşqçilər, valideynlər, uşaqlar arasında ailə atmosferi yaratmaqdır. Bir şey alınırsa, yəqin ki, buna görə alınır.

– Uşaqlarla işləmək həm də valideynlərlə işləməkdir. Yəni, istər-istəməz iş prosesinizin əsasında ən azı uşaqlarla işləmək qədər böyük yeri valideynlərlə ünsiyyət qurmaq da yatır. Uşaqlar futbol oynamaq istəyirlər, bəs valideynlər ən çox nə istəyirlər?
– Hər valideynin övladı özünə əzizdir, hamı istəyir ki, övladı ön planda olsun, parlasın. Biz də çalışırıq ki, bütün uşaqlara eyni qədər şans verək. Yəni, xırda istisnalar xaric, valideynlərlə heç bir problemimiz olmur, əksinə, onlar da komandanın işlərində aktiv iştirak edirlər.

– İstər böyük, istərsədə uşaq futbolunun ən bəlalı nöqtələrindən biri də zədələrdir. Böyük futbolu bir növ biznesə çevrilib deyə peşəkar futbolçu zədələnəndə müalicə görür, tibbi müdaxilə görür – bir növ klublar zədələnən futbolçularının qayğısına qalırlar. Bəs uşaq futbolunda bu istiqamətdə vəziyyət necədir ?
– Bu sahə həqiqətən çox acınacaqlı vəziyyətdədir. Mən Türkiyədə “Altınordu” klubunun bazasında olanda gördüm ki, klubun nəhəng bir sağlamlıq mərkəzi var, orada hər futbolçuya fərdi olaraq diet proqramı, yuxu proqramına qədər tərtib olunur, zədələnəndə də onlara xidmət göstərilir.

Bizdə isə onsuzda uşaqlar süni örtüklü meydanlarda oynayırlar deyə tez-tez yıxılırlar, zədə alırlar. Sümüklərinin əzələlərinin formalaşdığı vaxtda bu cür zədələr xüsusilə təhlükəli olur. Bu da azmış kimi klublar əksər hallarda bu uşaqlara kömək etmirlər, valideynlər də məcbur olur ki, övladlarını özləri sağaltsınlar. Zədə qalsın bir qırağa,bu uşaqlar bir çox hallarda dərsdən çıxıb tələsə-tələsə məşqlərə gəlirlər. Bir çox hallarda məcbur olurlar ki, yolda tez-bazar nə tapsalar yesinlər ki, ac qalmasınlar. Bu onların sağlamlıqlarına zərər verir axı. Bunlar nəzərə alınmalıdır. İdmançı rejimlə və sağlam qidayla qidalanmalıdır ki, sağlam olsun. Amma reallıq buna nə dərəcədə şərait yaradır- əsas məsələ budur.

– Bir də məsələnin psixoloji tərəfi var. İdman elə bir sahədir ki, döyüşə daha tez atılırsan. Hər yaş kateqoriyalarının özünəməxsus yarışları, onlara baxanlar, istedadına şərh bildirənlər var. Parlayırsansa, gənc yaşda uğurlu karyera qura, buna görə də “ulduz xəstəliyi”nə tutula bilirsən. Uğursuzluq yaşayanda isə daha tez həvəsdən düşə bilirsən. Karyeranın gedişində idmançını irəli aparan cəhətlərdən biri də məhz psixoloji hazırlıq faktoru olur. Sizcə, uşaq futbolumuzda gənc istedadların psixoloji hazırlığına nəzarət hansı səviyyədədir?
– Təəssüf ki, bu məsələdə də çox axsayırıq. Mən bu qədər müddətdir ki, bu sektordayam, amma bir nəfər də olsun idman psixoloqu tanımıram. Halbuki idmançılar psixoloqa çox ehtiyac duyurlar- xüsusən də yeniyetməlik çağında.

O qədər uşaq olur ki, hansısa komandanın seçmələrinə qatılır, seçilmir deyə həvəsdən düşüb karyerasını bitirir. Və ya biraz uğur qazanır, “ulduz xəstəliyi”nə tutulub intizamını, motivasiyasını itirib öz inkişafını tormozlayır. Bu məsələlər diqqət mərkəzində olmalıdır, amma təəssüf ki, uşaq futbolu sektorunun biznes tərəfi yoxdur deyə hər kəs bu məsələlərə “başdansovdu” yanaşırlar. Nəticə isə göz qabağındadır. Azərbaycan futbolçularından neçəsi özünə Avropada karyera qura bilir? Neçə futbolçu bir neçə il üst-üstə stabil şəkildə oynaya bilir? Bunlar elə psixoloji faktorlardan asılıdır da.

– Necə düşünürsünüz, uşaq futbolumuzu bu vəziyyətdən necə xilas edə bilərik?
– Uşaq futbolunu inkişaf etdirmək istəyiriksə, bura pul yatırmalıyıq, professional menecment sistemi qurmalıyıq, infrastruktur yaratmalıyıq, təbii ot örtüklü stadionlar qurmalıyıq. İsveçdə bir turnirə getmişdik, orada olduqca uğurlu nəticə göstərdiyimizə görə bizdən soruşurdular ki, bu inkişafa necə nail oldunuz, hansı məşq proqramı keçirsiniz?

Kağız-qələm götürüb bir meydan şəkli çəkdim, sonra onlara göstərdim ki, “Bax bu meydanda biz 50 nəfəri bir yerdə oynadırıq. Ordakılardan hamısı eşitdiklərindən şoka düşdülər. Amma həqiqətən vəziyyət belədir. 50 nəfərlə oynamağın bir şeyi yaxşıdır ki, dar ərazidə, təzyiq altında oynamağa daha çox adaptasiya olursan. Amma bir şey də var ki, dar ərazidə oynamağa çox öyrəşəndə geniş meydanda nə edəcəyini bilmirsən. Halbuki futbolda bu da vacibdir.

– Ser Aleks Ferquson deyirdi ki, “Barselona” yarımmüdafiəsinin 10 pasla keçdiyi ərazini mən Bekhemlə bir ötürməylə keçirdim. Yəni, geniş meydanı görmək, orada nə edəcəyini bilmək də vacibdir. Amma uşaqlarda bu qabiliyyəti inkişaf etdirməyimiz üçün gərək şərait olsun.
– Bax siz özünüz bura saat 19:00-da gəldiniz, məşqin bitməsini gözləyənə qədər saat 20:30 oldu. Hələ məşqlərin 21:00 da bitdiyi günlər də olur. Niyə? Çünki meydan çox azdır. Stadionda boş yer tapmaq üçün bu saatlara qədər gözləməli oluruq. Saat 21:00 da məşq bitir, bu uşaqlarsa saat 22:00 da yatmalıdılar. Bunların dərsləri də var, yeməkləri də var. Stadion çox olsaydı, biz də məcbur olub bu saatlara qədər məşq keçməzdik. Xülasə, problem çoxdur, amma bunlara çarə tapmaq istəyən hələ ki, yoxdur.

Şahlar Ruhi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Avqust 2025 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see229

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see139

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see132

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see132

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see131

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see128

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see127

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see126

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see125

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see125

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see124

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see120

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see120

Roma Polşa çempionatında çıxış edən futbolçunu transfer etməyə yaxındır

23 Avqust 2025 16:47see119

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see119

Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

24 Avqust 2025 10:39see118

Türk professor: İstilik ölüm riskini artıran bir amildir

23 Avqust 2025 21:47see117

40 dan sonra bədəni gücləndirəcək məşq növü adlandırılıb...

23 Avqust 2025 22:36see116

Ən faydalı 3 tərəvəz Mütəxəssislərin tövsiyəsi

23 Avqust 2025 23:02see116

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri