Icma.az
close
up
RU
“Uşaqlara kiberqayğı” layihəsinin icrasına başlanılıb

“Uşaqlara kiberqayğı” layihəsinin icrasına başlanılıb

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

KOICA Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Uşaqlara kiberqayğı” qrant layihəsi həyata keçirilir. Bu məqsədlə tərəflər arasında üçtərəfli müqavilə və Anlaşma Memorandumu imzalanıb.

Nazirlik xəbər verir ki, layihə sağlamlıq imkanları məhdud və valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik və rəqəmsal bacarıqlar, internetdən istifadə zamanı fərdi məlumatların qorunması barədə maarifləndirmək məqsədi daşıyır.

Bu təşəbbüs, eyni zamanda həssas kateqoriyaya aid uşaqların rəqəmsal mühitdə özlərini daha güvənli hiss etmələrinə və gələcəyə daha hazırlıqlı şəkildə addımlamalarına dəstək göstərməyi hədəfləyir.

Layihə çərçivəsində ilk maarifləndirici təlim iyulun 15-də SOS Uşaq Kəndində təşkil olunub.

Təlim zamanı uşaqlara rəqəmsal bacarıqlar, kibertəhlükəsizliyin əsasları və internetdən istifadə zamanı fərdi məlumatların qorunması mövzularında məlumat verilib. Onlara kompüter və internet resurslarından səmərəli istifadə qaydaları, onlayn mühitdə mövcud olan təhdidlər və onlardan qorunma üsulları, eləcə də sadə kibergigiyena prinsipləri izah olunub. Uşaqların ünvanladıqları suallar cavablandırılıb, interaktiv müzakirələr aparılıb.

Sonda iştirakçılara sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.

Layihə çərçivəsində daha iki uşaq müəssisəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri