Icma.az
close
up
RU
Uşaqlara qarşı laqeyd davranan valideynlərə qarşı ciddi tədbirlər görülməlidir AÇIQLAMA

Uşaqlara qarşı laqeyd davranan valideynlərə qarşı ciddi tədbirlər görülməlidir AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Yetkinlik yaşına çatmayan qızının pornoqrafiq videosunu yayan qadın həbs edilib. Cinayət Bakıda baş verib. Gülnur Əsədovaya (şərti) qarşı Cinayət Məcəlləsinin 171-1-ci maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilsə, ana 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər. 
Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür hadisələr cəmiyyətin həm mənəvi dəyərlər sistemində, həm də hüquqi və psixoloji hazırlığında ciddi boşluqların olduğunu göstərir:
“Valideynlik yalnız bioloji proses deyil, böyük məsuliyyət, düşüncə və emosional yetkinlik tələb edən bir missiyadır.  Belə hadisələr bir daha sübut edir ki, ailə institutu ilə bağlı maarifləndirmə və psixoloji dəstək proqramları gücləndirilməlidir. Sosial şəbəkələrdə hüquqi məsuliyyət daşıyan davranış formalarının təbliği, eyni zamanda bu platformalarda yayılmış zərərli məzmunun süzgəcdən keçirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilməlidir. Həmçinin, riskli ailələrin dövlət nəzarətində saxlanması və bu ailələrlə sosial işçilərin, psixoloqların işləməsi vacibdir. Uşaqların təhlükəsizliyi və rifahı cəmiyyətin prioriteti olmalıdır. Araşdırmaların nəticələri gözlənilməli, amma bu hadisə vasitəsilə daha geniş sosial və hüquqi islahatlara təkan verilməlidir. Uşaqların hüquqları həm Konstitusiyada, həm də Ailə Məcəlləsində xüsusi vurğulanır və onların fiziki, psixoloji və mənəvi inkişafı dövlətin əsas prioritetlərindəndir”.
Sosioloq əlavə edib ki, valideynin hüquqları uşağın maraqları ilə ziddiyyət təşkil etdikdə, prioritet həmişə uşağın maraqları olmalıdır:
“Bu səbəbdən də, uşaqlara qarşı laqeyd və ya zərərverici davranan valideynlərə qarşı ciddi tədbirlər görülməlidir. Valideynlik hüququndan məhrumetmə, yalnız ekstremal hallarda tətbiq edilən bir mexanizmdir, lakin əgər valideyn uşağın həyatına, sağlamlığına və ya psixoloji durumuna birbaşa təhlükə yaradırsa, bu zaman dövlətin müdaxilə etməsi zəruridir. Bu cür hallarda həm hüquqi, həm də psixoloji qiymətləndirmə aparılmalı, müvafiq tədbirlər görülməlidir. Dövlət uşaq hüquqlarını qorumaqda ardıcıl və qətiyyətli olmalıdır”. 
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyun 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri