Icma.az
close
up
RU
Uşaqlara qarşı kiberbullinq...

Uşaqlara qarşı kiberbullinq...

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Psixoloq Aytən Ələkbərova: “Valideyn övladının sosial media istifadəsinə yüngül nəzarət etməyə başlasa bunu rahatlıqla görəcək”Uşaqların bullinqə, eləcə də, sosial şəbəkələrdə kiberbullinqə məruz qalması onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Onlar həm fiziki zorakılıqla, eyni zamanda əşyalarının və ya yeməklərinin əlindən alınması kimi hallarla qarşılaşa bilirlər. Belə vəziyyətlərdə uşaqlara özlərini düzgün müdafiə etməyi və kömək istəməyi necə öyrətmək daha doğru olar? Uşaqlar özlərini necə müdafiə etməlidir?

Bu barədə Bizimyol.info xəbər portalına psixoloq Aytən Ələkbərova bildirib. O deyib ki, ilk olaraq uşağa mütləq başa salınmalıdır ki, belə xoşagəlməz halları gizlətməsin, danışsın: “Ümumiyyətlə son dövrlər daha çox məktəblilər arasında bu cür fiziki zorakılıqlar, kiberbulinqlər, eyni zamanda əşyalarının və yeməklərinin əlindən alınması kimi qarşılaşmalar daha çox olur. Bu cür hallarda bəzən rast gəlinir ki, bəzi şəxslər uşağın xəbəri olmadan onun şəkillərindən istifadə edərək saxta profillər yaradırlar. Bu da uşağı başqalarının yanında alçaltmağa qədər gətirib çıxarır.

Valideynlər və müəllimlər bu vəziyyətdə nə etməlidir?

Uşağın davranışında dəyişikliklərə diqqət edilməlidir. Qorxusu, susqunluğu, aqressiyası varsa, artıq bu günə qədər belə olmayan uşaqda nədən birdən- birə bu cür hallar baş verdi deyə düşünülməlidir. İlk olaraq uşağa mütləq başa salınmalıdır ki, belə xoşagəlməz halları gizlətməsin, danışsın. Çünki valideyn övladının sosial media istifadəsinə yüngül nəzarət etməyə başlasa bunu rahatlıqla görəcək. Zorakılıqla qarşılaşan uşaqlara ilk növbədə öyrədilməlidir ki, belə hallarda susmaq yox, reaksiya vermək vacibdir. Qarşı tərəfi bloklamaq, şikayət etmək, lazım gəldikdə məktəb psixoloquna və ya digər mütəxəssislərə müraciət etmək mütləqdir. Əsas məqsəd odur ki, uşağın şəxsiyyəti alçaldılmadan, özünü intihara tam sövq etməmiş vaxtında müdaxilə olunsun. Valideynlər də övladları ilə daim ünsiyyətdə olmalı, onlara istənilən halda yanlarında olduqlarını hiss etdirməlidirlər”.

Aytən Ələkbərova həmçinin deyib: “Təəssüf ki, bəzən bu kimi hallara biganə yanaşılır və nəticədə çox ağır fəsadlar baş verə bilir. Halbuki uşağa aydın şəkildə demək lazımdır ki, “səhvin olsa belə, mən sənin yanındayam və hər şeyi mənimlə bölüşə bilərsən”. Uşaqlar da problemi gizlətməməli, valideynlərinə və ya müəllimlərinə bildirməlidirlər. Vaxtında müdaxilə olunduqda bu cür vəziyyətlərin qarşısını almaq və müsbət nəticə əldə etmək mümkündür.

Cəmiyyətdə də həssaslıq olmalıdır. Küçədə uşaqlar arasında fiziki zorakılıq görən insanlar biganə qalmamalı, vəziyyətə uyğun şəkildə müdaxilə edərək onları sakitləşdirə və hətta barışdırmağa kömək edə bilərlər”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Aprel 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri