Icma.az
close
up
RU
Uşaqlarda ağızdan gələn xoşagəlməz qoxunun əsas səbəbləri

Uşaqlarda ağızdan gələn xoşagəlməz qoxunun əsas səbəbləri

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Ağız qoxusu bir sıra ciddi xəstəliklərin göstəricisi ola bilər.

Valideynlər bilməlidirki, bu nadir simptomdur və onlar bu simptomla əlaqəli olan digər xoşagəlməz əlamətləri də izləməlidirlər. Anayam.az bildirir ki, ilk əvvəl stomatoloqa getmək lazımdır, sonra pediatra, hansıki xəstənin ümumi vəziyyətinə əsaslanaraq, əlavə müayinə üçün konkret mütəxəssisə yönləndirəcək.

Ağızdan gələn xoşagəlməz qoxu nəyin əlaməti ola bilər?

Ağzından gələn xoşagəlməz qoxunun səbəbi çox ola bilər. Adətən o yeganə simptom olmur, onu başqa əlamətlər də müşayiət edir ki, bu əlamətlər pediatra, patologiyanın səbəbini müəyyən edib, lazımi müayinələrin təyinatına kömək edir.

- Adətən ağızdan gələn xoşagəlməz qoxu, ağız boşluğu xəstəliklərindən xəbər verir. Lap balaca uşaqlarda bu stomatit, daha böyük uşaqlarda isə müxtəlif kariyes və ya diş xəstəlikləri ola bilər.

- Digər səbəb – həzm sisteminin patologiyası ola bilər. Adətən bu simptoma ana südü ilə bəslənən uşaqlara nisbətən süni qida ilə bəslənən uşaqlar daha çox meyillidir. Tez-tez rast gəlinən diaqnozlardan biri – disbakteriozdur. Daha bir səbəb – xroniki pankreatit (mədəaltı vəzinin iltihabı) ola bilər. Ağızdan gələn xoşagəlməz qoxudan başqa, digər əlamətlər: nəcis xarakterinin dəyişməsi, bağırsaqda köp, meteorizm, qəbizlik və gəyirmə müşahidə edilə bilər.

- Bəzi hallarda xoşagəlməz qoxu – qəbizlik səbəbindən yaranır. Bu halda, bir qayda olaraq, bütün ifrazatların qoxusu ( məsələn tər qoxusu) dəyişir. Əgər nəcisin ləngiməsi nadir hallarda, hansısa qidaya cavab və ya maye çatışmazlığı ilə bağlıdırsa, çətinki bu hal qoxuda ciddi dəyişiklik yaradar. Bir qayda olaraq, qoxu xroniki qəbizlik zamanı dəyişir.

- Pis qoxu burun-udlaq iltihabı prosesində yarana bilər. Bunun digər simptomları: gözlər altında şişkinlik, yuxuda xoruldamaq və uşağın ağızla nəfəs almasıdır. Körpələrdə xoşagəlməz qoxuya daha çox səbəb, rinit (burun boşluğunun selikli qişasının iltihabı) olur. Xüsusən əgər o, uzun müddət davam edərək xroniki mərhələyə keçibsə. Böyük uşaqlarda isə buna səbəb, xoniki tozilit və xroniki adenoidlərin iltihabı ola bilər.

Hansı müayinələrdən keçmək lazımdır?

Uşağın ağzından xoşagəlməz qoxu aşkar edildikdə, əvvəlcə onu stomatoloq müayinə edir, stomatoloq çürümüş dişlərin müalicəsi ilə yanaşı, ağız boşluğunun mikroflorasını nəzərdən keçirir.

Otolarinqoloq arxa burun-udlaq sistemini yoxlayır.

Qastroenteroloq ilk növbədə disbakteriozun aşkarı üçün nəcis analizini təyin edir. Həmçinin qaraciyər və mədəaltı vəzinin ultrasəs müayinəsini təyin edir.

Ağızdan gələn xoşagəlməz qoxu, həmişə xəstəlik əlamətidirmi?

Ağız qoxusu – pediatrlar üçün çox əhəmiyyətli bir simptomdur. Lakin, əgər bütün analizlər edilib, bütün patalogiyalar inkar olunubsa, ola bilərki bu sadəcə uşağın fərdi xüsusiyyətidir – buna da çox nadir hallarda rast gəlinir. Bir qayda olaraq, ağız qoxusunun hansısa bir səbəbi olur.

Ağzından gələn xoşagəlməz qoxudan necə qurtulmaq?

Reklam edilən təravətləndirici yaxalama məhlulları və ya saqqızlar – sadəcə vəziyyəti maskalayan vəsaitlərdir. Əlbəttə, ən əsas pis qoxu doğuran patologiyadan qurtulmaq lazımdır. Amma, əlbəttə, dişlər və ağız boşluğunun gigiyenası, ağız yaxalanması üçün istifadə olunan bitki ekstraktlı məhlullar, tamamilə ağız boşluğu mikroflorasını yaxşılaşdıra və pis qoxunun azalmasında kömək edir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri