Icma.az
close
up
RU
Uşaqlarda boyatma ləngiməsinin endokrin səbəbləri

Uşaqlarda boyatma ləngiməsinin endokrin səbəbləri

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uşağın boyunun artmasına praktiki olaraq bütün endokrin vəziləri, qidalanma və bir sıra digər faktorlar da təsir edir.

Valideynlər hər zaman uşağın boyunun hər dövrdə yaşına görə olan normalara uyğun gəlib-gəlməməsi ilə maraqlanmalıdırlar.

Elə ailələr vardır ki, onlarda uşağın boyunun zəif artması irsi xarakter daşıyır. Belə uşaqlar ilk dövrlərdə zəif boy atır, sonradan hansısa bir dövr ərzində daha sürətlə boy ataraq son nəticədə normal boy həddinə çatırlar. Siz ailənizdə bu kimi irsi faktorun olmasına əmin olsanız da, hər halda həkimlə də məsləhətləşin.

Beləliklə, əgər siz uşağınızın boy artımının normadan az olduğunu aşkar edərsinizsə, ilk əvvəl pediatrla məsləhətləşmək lazımdır. Ona görə ki, tez-tez baş verən xəstəliklər, müxtəlif anadangəlmə və qazanılma patologiyalar da uşağın boyunun artmasına müəyyən təsir edir. Əgər pediatr tərəfindən uşağınızda daxili orqanların, boyun artmasını ləngidə bilən heç bir xəstəlik aşkar edilməzsə, o sizi mütləq endokrinoloqun da müayinəsinə göndərəcəkdir.

Uşağın boy artımını ləngidən səbəblərdən biri - hipofiz vəzisi (baş beyində yerləşir) tərəfindən boy hormonun kifayət qədər hazırlanmamasıdır. Bu ilk növbədə hipofizin özünün zədələnməsi səbəbindən ola bilər. Bu halda uşaqlarda həmçinin cinsi yetkinlik prosesi də ləngimiş olur, çünki hipofiz eyni zamanda cinsi yetkinləşməni tənzimləyən hormon hazırlayır. Onlarda boy artımının ləngiməsi 2-5 yaşlarda aşkar edilir. Bədənləri mütənasib şəkildə qurulmuş, skelet sümükləri isə nazik olur, daxili üzvləri normal uşaqlarda olduğundan xeyli dərəcədə kiçik olur. Belə uşaqların cinsi üzvləri də inkişafdan qalmış olur, ikincili cinsi əlamətlər nəzərə çarpmır. Xalq arasında bu xəstəliyə düçar olanları “liliputlar” adlandırırlar. Xoşbəxtlikdən bu çox nadir hallarda təsadüf edilən xəstəliklərdən hesab olunur. Halhazırda onların müalicə edilməsi üçün xüsusi preparatlar hazırlanmışdır.

Uşaqlarda boy artımının ləngiməsinin daha çox rast gəlinən səbəblərindən biri də anadangəlmə və ya qazanılma hipotireozdur. Bu xəstəlik zamanı qalxanvari vəz kifayət qədər tireoid hormonları hazırlaya bilmir. Bu hormonlar orqanizmin həyat fəaliyyətində çox vacib rol oynayaraq, maddələr mübadiləsini, orqanizmin böyüməsini və inkişafını tənzimləyir, ürək-qan damar sisteminə təsir edir. Bu hormonlar olmadan orqanizmin sinir sistemi normal şəkildə inkişaf edə bilməz.

Anadangəlmə hipotireozun səbəbi qalxanvari vəzin bətndaxili inkişafının ləngiməsi və ya zədələnməsi ola bilər. Anadangəlmə hipotireoz artıq südəmər dövründən uşağın boy artımının ləngiməsi şəklində özünü büruzə verir. Belə uşaqlar, adətən, əzgin, yuxulu, az hərəkətli, dəriləri quru, əl və ayaqları soyuq, səsləri kobud, dilləri isə daim ağızdan kənara çıxarılmış şəkildə olur. Xəstəliyə məruz qalmış uşaqlar gülümsəmir, oyuncaqlara maraq göstərmir, onlarda əksər hallarda qəbizlik olur, digər uşaqlardan fərqli olaraq vaxtında başlarını düz tutmur və düz otura bilmirlər.

Xəstəliyin müalicəsində hormonal preparatların tətbiq edilməsi tez bir zamanda yaxşı nəticə verməyə başlayır. Uşaqların boyu normal şəkildə artmağa başlayır, hipotireozun digər əlamətləri də keçib gedir. Hipotireoz zamanı sinir sisteminin normal fəaliyyətinin bərpası isə yalnız xəstəliyin müalicəsi tez başlandığı hallarda mümkün olur.

Hipotireoz daha çox hallarda qazanılmış olur. Normal şəkildə boy atan və inkişaf edən uşaq  müəyyən bir müddətdə öz yaşıdlarına görə boy artımında ləngiməyə başlayır, onda əzginlik, yuxululuq, qəbizlik və digər hallar qeyd edilir. Əgər hipotireoz diaqnozu təstiq edilərsə, orqanizmdə hormon çatışmazlığını bərpa etmək üçün uşağa hormonal preparatlardan ibarət müalicə təyin edilir. Hormonların qəbul edilməsi endokrinoloqun nəzarəti altında (uşaq böyüdükcə onun hormona olan tələbatı da dəyişir) xəstənin ömrünün sonunadək davam etdirilir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri