Icma.az
close
up
RU
Uşaqlarda bu davranışlara xüsusi diqqət edin! Xəbərdarlıq

Uşaqlarda bu davranışlara xüsusi diqqət edin! Xəbərdarlıq

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cinsi zorakılığa məruz qalan uşaqların avtomatik olaraq davranışları dəyişir və özləri etiraf etməsə belə, onların bir neçə davranışından cinsi istismara məruz qaldığını anlamaq olar.

Bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq Aydan Sabirli uşaqların cinsi zorakılığa məruz qaldığını hansı davranışlarda göstərdiyi haqda danışarkən deyib.

Kliniki psixoloq bildirib ki, valideynlər uşaqlarının zorakılığa məruz qaldığını digər uşaqlarla, həmçinin ailədə olan davranışından anlaya bilərlər:

“Bəzən zoraklığı edən şəxs bunu uşağa oyun və ya sevgi kimi göstərə bilər. Uşaq da buradan sevgi gördüyünü zənn edir, hətta həmin şəxsin olduğu yerə getməyə can atır.

Həmçinin, uşaqlar məruz qaldığı davranışları başqa uşaqlarla da edə bilirlər. Məsələn, uşaq oyun zamanı yaşına uyğun olmayan formada digər uşağı və ya valideyni öpməyə, cinsi davranışlar etməyə çalışırsa, valideyn düşünməlidir ki, uşaq bu davranışı haradan öyrənib? Deməli, uşağa zorakılığı oyun, sevgi adı ilə aşılayan kimsə var.

Əgər qarşı tərəf zorakılığı qorxudaraq və təhdidlə edirsə, bu, həmin uşaqlarda aqressiya yaradır, çox fərqli şəkildə ağlama halları artır, yuxu zamanı qorxaraq oyana bilirlər, həmçinin ailədaxili münasibətlərdə hədsiz dərəcədə aqressiv davranırlar. Həmin uşaqların yuxuları da pozulur, valideynlə təmas etməkdən çəkinirlər və geyimlərini gün ərzində dəyişəndə qəribə şəkildə utanırlar.

Yaşı yeddidən çox olan uşaqlar zorakılıqla qarşılaşdığı halda daha çox özlərini incitməyə meyilli olurlar. Anidən özlərinə qapanırlar, sevimli məşğuliyyətlərindən uzaqlaşmağa başlayırlar, valideynsiz və ya tək qalanda təşvişə düşürlər. Bu durum məktəbə də yansıyır, yəni, anidən müəllim və sinif yoldaşları ilə olan davranışları dəyişir.

Bundan əlavə, zorakılıqla qarşılaşan uşaqlar qarşısındakı şəxsə cinsi orqanlarla bağlı yaşına uyğun olmayan suallar verirlər ki, bu da ciddi və narahat olunası məqamdır. Valideyn bu halda düşünməlidir ki, uşaq nə görüb, nə duyub ki, onda bu suallar yaranıb”.

Psixoloq əlavə olaraq bildirib ki, övladının cinsi istismara məruz qaldığını öyrəndikdə xüsusilə diqqətli olmalıdır:

“Bəzən elə olur ki, uşaq cəsarətlənib, valideyninə başına gələn hadisəni etiraf edə bilir. Bu halda “sən səhv başa düşmüsən”, “o səni çox istəyir” kimi sözlər deyərək susdurmaq olmaz. Valideyn bunu öyrənəndə də panika yaradıb, uşağı günahlandırıb, qorxutmamalıdır. Hətta, təmkinli olub, övladına dəstək olduğunu hiss etdirməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Avqust 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri