Icma.az
close
up
RU
Diqqət dağınıqlığı uşaqlarda necə yaranır? Psixoloq valideynlərə xəbərdarlıq ETDİ

Diqqət dağınıqlığı uşaqlarda necə yaranır? Psixoloq valideynlərə xəbərdarlıq ETDİ

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Uşaqlarda diqqət dağınıqlığı bu gün valideynlərin ən çox rastlaşdığı problemlərdən biridir. Tez yorulma, başladığı işi sona çatdırmamaq, dərslərdə çətinlik çəkmək və ya diqqəti tez yayınmaq uşağın həm təhsilinə, həm də gündəlik fəaliyyətlərinə mənfi təsir göstərə bilər. Bu vəziyyət uşağın tənbəl və ya istəksiz olmasından çox, psixoloji və inkişafla bağlı faktorlarla əlaqədardır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva uşaqlarda diqqət dağınıqlığından danışarkən bildirdi.

"Diqqət dağınıqlığının əsas səbəbləri müxtəlif ola bilər. Stress və emosional gərginlik uşağın fokuslanma qabiliyyətini zəiflədir. Ailədaxili münaqişələr, məktəbdə qarşılaşılan çətinliklər və ya travmatik təcrübələr zamanı beyin təhlükəni izləməyə yönəldiyi üçün öyrənmə və oyun prosesində diqqət azalır. Bununla yanaşı, motivasiya çatışmazlığı da diqqət dağınıqlığına səbəb olur. Maraqsız və uşağın dünyagörüşünə uyğun olmayan tapşırıqlar tez yorucu gəlir və diqqətin yayılmasına gətirib çıxarır. Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri də informasiya yüklənməsidir. Planşet, telefon və televizordan həddindən artıq istifadə beynin davamlı olaraq informasiya qəbul etməsinə, nəticədə öyrənmə zamanı fokuslanma çətinliyinə yol açır. Yuxu rejiminin pozulması da diqqət mexanizmini zəiflədir, çünki beynin bərpası üçün keyfiyyətli istirahət vacibdir. Bəzi uşaqlarda isə diqqət dağınıqlığı neyroinkişaf xüsusiyyətləri, hiperaktivlik və digər inkişaf çətinlikləri ilə əlaqəli olur ki, bu halda mütəxəssis dəstəyi qaçılmazdır".

Psixoloq əlavə etdi ki, diqqət dağınıqlığı probleminin aradan qaldırılması üçün valideynlərin tətbiq edə biləcəyi müxtəlif üsullar mövcuddur: 

"Ən önəmlisi uşağın dərs oxuduğu və ya oynadığı mühitin sakit və nizamlı olmasıdır. Bu, diqqətin yayılmasının qarşısını alır. Tapşırıqların kiçik hissələrə bölünməsi uşağın həm yorulmadan öyrənməsinə, həm də uğur hissini yaşamasına kömək edir. Diqqəti gücləndirmək üçün pazl, yaddaş kartları, müşahidə oyunları kimi məşqlərin gündəlik həyata daxil edilməsi də faydalıdır. Bununla yanaşı, müntəzəm yuxu rejimi və açıq havada hərəkətli oyunlar beynin diqqət mexanizmini gücləndirir. Uşağın maraq dairəsinə uyğun nümunələrlə öyrədilməsi, məsələn, riyaziyyatı sevimli oyuncaqlar üzərindən izah etmək, öyrənmə prosesini həm daha maraqlı, həm də daha effektiv edir".

Müsahibimizin sözlərinə, diqqət dağınıqlığı davamlı hal alır və uşağın həyat keyfiyyətini ciddi şəkildə azaldırsa, uşaq psixoloqundan və ya digər mütəxəssisdən kömək almaq vacibdir.

"Nəticə etibarilə, uşaqlarda diqqət dağınıqlığı onların tənbəlliyi və ya öyrənmək istəməməsi ilə bağlı deyil. Bu, psixoloji, emosional və inkişafla bağlı müxtəlif səbəblərin nəticəsi ola bilər. Valideynlər problemi düzgün anladıqda və uyğun yanaşma seçdikdə uşağın diqqətini artırmaq mümkündür. Kiçik, lakin davamlı addımlar  nizamlı yuxu, diqqət oyunları və maraqlı öyrənmə üsulları uşağın həyatında böyük dəyişikliklər yarada bilər", - deyə Pərvanə Musayeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri