Icma.az
close
up
RU
Uşaqlarda hiperaktivlik və diqqət pozğunluğunun səbəbləri nədir? ŞƏRH EDİLDİ

Uşaqlarda hiperaktivlik və diqqət pozğunluğunun səbəbləri nədir? ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu valideynlərin və müəllimlərin tez-tez rastlaşdığı bir problemdir. Bu vəziyyət uşağın məktəbdə, evdə və sosial mühitdə davranışlarını və öyrənmə prosesini birbaşa təsir edə bilər. Mütəxəssislər bu pozğunluğun yaranmasını genetik, bioloji, psixoloji və ətraf mühit faktorları ilə əlaqələndirirlər. Həmçinin, bəzi hallarda uşağın doğumdan sonrakı inkişafı və qavrama bacarıqları da diqqət və davranış problemlərinə təsir göstərə bilər.Bəs, uşaqlarda hiperaktivlik və diqqət pozğunluğuna səbəb olan əsas faktorlar hansılardır? SİA mövzu ilə bağlı psixoloq Ezgi Şahin və psixoloq Vüsalə Əmiraslanovanın fikirlərini öyrənib.

Uşaqlarda hiperaktivlik bəzən genetik olur, bəzən isə sonradan inkişaf edə bilər deyə psixoloq Ezgi Şahin qeyd edir: "Bu uşaqlar sinifdə oturmaqda çətinlik çəkir, diqqətlərini uzun müddət saxlaya bilmirlər və daim hərəkətdə olurlar. Sinif daxilində gəzir, bəzən istəmədən də olsa dostlarını narahat edirlər. Dərslərə diqqətini cəmləyə bilmədikləri üçün bəzən dərsi poza bilirlər. Bu davranışlar onların çox hərəkətli olmalarından qaynaqlanır.

Əgər bu uşaqlar ciddi dəstək görməsələr, gələcəkdə istər kursa, istərsə də hazırlıq proqramlarına qatılmalarına baxmayaraq öz potensiallarını tam şəkildə göstərə bilməzlər. Diqqət yayındığı və fokus saxlamaqda çətinlik çəkdiyi üçün hisslərini ya yarımçıq ifadə edirlər, ya da səhv kodlaşdırırlar.

Uşağın bu vəziyyətdə olması onun həm akademik, həm də sosial inkişafına təsir göstərir. Müvafiq dəstək, düzgün yönləndirmə və xüsusi yanaşmalar olmadan onlar öz bacarıqlarını reallaşdıra bilmirlər. Hiperaktiv uşaqlara verilən diqqət və düzgün müdaxilə onların həm dərslərdə, həm də gündəlik həyatda daha balanslı, məmnun və uğurlu olmalarına imkan yaradır".

Psixoloq Vüsalə Əmiraslanova açıqlamasında uşaqlarda diqqət əksikliyi və hiperaktivlik çox vaxt doğumdan sonrakı davranışlardan qaynaqlandığını deyir: "Amma uşaqlar ümumiyyətlə iki qrupa bölünür: tipik və atipik uşaqlar. Atipik uşaqlarda diqqət əksikliyi və hiperaktivlik çox vaxt onların sindromlarına bağlı olur. Məsələn, autizm sindromlu uşaqlar var. Əqli inkişafı geri olan uşaqlar da bəzən hiperaktivlik və diqqət əksikliyi göstərə bilirlər.

Qavrama problemi olan bir çox uşaqlarda diqqət və itiraz əksikliyi daha aydın görünə bilər. Çünki uşaq qavrama səviyyəsinə uyğun olaraq diqqətini yönəldə bilir. Yəni, tam olaraq başa düşmədiyi vəziyyətlərdə o, daha çox diqqət və itiraz əksikliyi nümayiş etdirə bilər.

Əvvəla, diqqət əksikliyi və hiperaktivlik psixiatriya baxımından bir problem kimi qiymətləndirilir. Son vaxtlar bu vəziyyət çox vaxt psixiatriya mütəxəssisləri tərəfindən psixiatriya problemi kimi işıqlandırılır. Belə hallarda psixiatr qəbulunun uşaqlar üçün vacib olduğu vurğulanır.

Əgər uşaqda hiperaktivlik və diqqət əksikliyi sindromu varsa, burada psixiatr və psixoloq dəstəyi mütləq tələb olunur. Uşağın fərdi ehtiyaclarına uyğun şəkildə psixoloji və psixiatriya dəstəyi təmin edilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri