Icma.az
close
up
RU
Uşaqlarda hiperaktivlik. Əlamətlər

Uşaqlarda hiperaktivlik. Əlamətlər

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövrün əsas problemlərindən sayılan “dəcəl uşaq”,”sözə baxmayan uşaq”anlayışı əslində Psixologiyada xüsusi bir diaqnoz olaraq taninir.

Belə ki, ”uşağım hər şeyi dağıdır,sındırır”,”sözümə baxmır”,”dərslərini oxumur”,”yaddaşı zəifdir” kimi şikayətlər heç də uşağın “tərbiyəsiz”olmasından irəli gəlmir. Psixologiyada bu tip davranışlar əsasən hiperaktivlik kimi tanınır.

Hiperaktivlik - şəxsin həddindən artıq fəallığı, davranışlarına nəzarət edə bilməməsi ve uzun müddet diqqətini toplaya bilməməsi ilə bağlı bir durumu əks etdirir. Hiperaktivlik genetik faktordur, əsasən ata xəttiylə keçir, ancaq ana xəttiylə keçdiyi hallar da olur. Bununla bərabər problemli doğuş,ana və ya uşağın infeksiyalara yoluxması uşağın həyatının ilk ilində onun həssas sinir sisteminə təsir göstərir və nəticədə minimal beyin disfunksiyasının (hiperaktiv uşaq sindromunun) formalaşmasına gətirib çıxarır. Alimlər isə beyində davranışa nəzarət etməyə yardım göstərən “neyroötürücülər”adlanan kimyəvi maddələrin çatışmadığını iddia edirlər.

Hiperaktivliyin 3 əsas əlaməti var:

1. Çoxhərəkətlilik

2. İmpulsivlik

3. Diqqət əksikliyi

Çox hərəkətlilik - həddindən artıq hərəkətlidirlər, bir yerdə dayana bilmirlər, ev içində qaçırlar, harasa dırmaşırlar. Sakitlik istəyən fəaliyyətləri sevmirlər. Bir sözlə, hiperaktiv uşaqlarda zaman və məkan fərqi olmur, onlar hər zaman, hər yerdə aktivdirlər.

İmpulsivlik - hisslərini gizlədə bilmirlər, öz hərəkətləri barədə düşünmür, ”mənfi”və “müsbət”cəhətləri müqayisə etmirlər. Düşünmədən hərəkət edirler ki,bu da bir sıra təhlükələrə yol aça bilər. Belə ki,çox hündür olan bir ağaca çıxa bilər, ətrafa baxmadan yolu keçərlər və s. Tələskəndirlər, digərlərinin sözünü kəsər, hər şeyə qarışar, sıra gözləməyi sevməzlər.

Diqqət əksikliyi - diqqəti bir nöqtəyə toplaya bilmirlər, dərsləri etməkdə çətinlik çəkirlər, fikirləri asanlıqla yayınır, əşyalarını tez-tez itirirlər. Qarşısındakını dinləməmə, mövzudan yayınma kimi hallar baş verir. İşləri plansız olur.

Hiperaktivliyin 3 ağırlıq dərəcəsi var:

- 1-ci dərəcə hiperaktivliyin yalniz bir əlaməti olur,yəni uşaqda ya coxhərəkətlilik,ya impulsivlik,ya da diqqət əksikliyi olur.

- 2-ci dərəcə hiperaktivliyin ya 2 əlaməti olur və ya 3 əlaməti olur,ancaq bu əlamətlər beyinə ləngimə vermir.

- 3-cu dərəcə hiperaktivliyin hər 3 əlaməti və paralel olaraq beyin ləngiməsi olur.

Əgər sadalanan əlamətlərdən biri və ya bir neçəsini övladınızda müşahidə etmişsinizsə yaxşı olar ki, mütəxəssisə müraciət edəsiniz. Valideynlər belə uşaqlarla son dərəcə səbrli davranmali, onların güclü cəhətləri və istedadları barədə söz açmalı, yaxşı bir iş gördükdə tərifləməlidirlər. Uşağınıza sadəcə nəyi etməməli olduğunu deyil, nəyi etməli olduğunu da söyləyin. Hiperaktiv uşağın daima mənəvi dəstəyə ehtiyacı olur, o da digər uşaqlar kimi uğur qazanmaq istəyir. Lakin bu onda həmişə alınmır. Buna görə də valideynlər belə uşaqların yalnız özlərinə maraqlı və həvəsləri olan işlərlə məşğul olacaqlarını bilməlidirlər.

Və son olaraq, istənilən halda uşaqlarımızı digər uşaqlarla müqayisə etməyək, aralarında fərq qoymayaq, nəzərə alaq ki, hər uşaq bir dahidir.

Gülnar Yusifova

Dushunce.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri