Icma.az
close
up
RU
Uşaqlarda ishalın TƏHLÜKƏSİ Ölümə səbəb ola bilər

Uşaqlarda ishalın TƏHLÜKƏSİ Ölümə səbəb ola bilər

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Yayda uşaqlar arasında bəzi xəstəliklərə daha çox təsadüf olunur. Bu fəsildə daha çox qeydə alınanlar sırasına ishalla müşayiət olunan xəstəliklər, qida zəhərlənmələri və uşaqlar arasında sidik yolları infeksiyalarının çoxalması aiddir.

Yay ishalları həm uşaqlar, həm də böyüklər arasında müxtəlif səbəblərdən, adətən infeksiyaların təsiri nəticəsində yaranır. Xüsusilə uşaqlar arasında olan ishallar daha çox təşviş doğurur. İshal beş yaşadək uşaqlar arasında ölüm səbəbləri içərisində ilk üçlüyə daxil olub. Hər il iki milyona yaxın uşaq ishal nəticəsində həyatını itirir. Buna səbəb ishal zamanı yaranan su və duz itkisi nəticəsində orqanların susuzlaşmaya məruz qalması və orqan çatışmazlığının inkişafıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin İnnovasiya və Təhsilin keyfiyyətinin təminatı şöbəsinin müdiri, I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.

Onun sözlərinə görə, bir yaşadək, xüsusilə altı ayadək olan uşaqların su və duz itkisinə olan həssaslıqları daha yüksəkdir: “Çox aşağı bədən kütləsi ilə doğulmuş körpələr, 24 saat ərzində beş dəfədən çox nəcis ifrazı, ikidən çox qusması olan körpələr, maye müalicəsi almayan və ya həmin müalicəni alsa da bunu tolerə edə bilməyən, xəstəlik zamanı qidalanmadan imtina edən körpələr risk qrupuna aiddirlər. Bütün uşaqlarda, xüsusilə kiçik yaş qrupuna aid olanlarda ishal görüldüyü zaman həkimə müraciət etmək məsləhətdir.

İshal özünü qarın nahiyəsində ağrılar, bağırsaq hərəkətlərinin tezləşməsi, bağırsaqda maye miqdarının artması fonunda nəcisin ifrazının pozulması ilə büruzə verir. Nəcis daha sulu duru xarakter alaraq onun ifrazının sayı çoxalır. İshalın sayı adətən ilk 3-7 gün ərzində artır. Əgər bu zaman su və duz itkiləri varsa, bu, həkim tərəfindən dəyərləndirilərək itkinin yeri doldurulmalıdır. O zaman həyati təhlükələrin qarşısının alınması mümkün olur. Yayda ishalın qarşısını almaq üçün xüsusilə əl təmizliyinə, körpələr bez geyinirsə, onun vaxtında dəyişdirilməsinə, süni qidalanma varsa, qida vasitələrinin vaxtı-vaxtında doğru təmizlənməsinə diqqət yetirilməlidir. Ağzı açılmış qidaların hansı şəraitdə qalmalarına və saxlanma müddətlərinə fikir verilməlidir. Əgər pasterizə edilmiş süd və meyvə sularından istifadə olunursa, belə olan hallarda onların saxlanma şəraitinə, hansı temperaturda saxlanmasına, içilən suyun təmizliyinə diqqət yetirilməlidir. Yeyiləcək meyvələrin qabıqlarının soyulmasına, ətlərin bişirilməsinə, pendir, qatıq, dondurma kimi süd məhsullarının istifadə və saxlanma qaydalarına fikir verilməlidir. Küçələrdən açıq satışdan ərzaq almamaq, depolanan qidaları isə qısa zaman ərzində istifadə etmək məsləhət görülür”.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 04:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri