Icma.az
close
up
RU
Uşaqlarda kəllədaxili təzyiq nədir?

Uşaqlarda kəllədaxili təzyiq nədir?

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hal-hazırda yenidoğulmuş uşaqlara uşaq nevropatoloqları tərəfindən ən tez-tez qoyulan diaqnozlardan biri - kəllədaxili hipertenziyadır (və ya kəllədaxili təzyiq).

Bəs kəllədaxili təzyiq (KDT) necə xəstəlikdir?

Kəllədaxili təzyiqi arterial təzyiqlə müqayisə etmək olar. KDT hər bir insanda vardır və müxtəlif təbii səbəblər üzündən qısa müddətə normadan yuxarı qalxa bilər. Uşaq döş əmərkən, çox ağlayarkən və qışqırarkən, çox öskürərkən, güvəcdə (qorşokda) oturub gücənərkən və s. hallarda KDT qalxa bilər. Təbii ki, KDT-nin belə qısamüddətli qalxması normal hal hesab edilərək heç bir müalicə tələb etmir.

KDT - baş beyinin mədəciklərində və onurga beyinin kanalında, həmçinin beyinlə kəllə sümükləri və onurğa beyni ilə onurğa sütunu arasında olan “likvor” adlanan mayenin etdiyi təzyiqdir.

KDT-in patoloji şəkildə qalxması müxtəlif səbəblər nəticəsində baş verə bilər. Məsələn, südəmər dövrdə KDT-in yüksəlməsi baş beyinin inkişaf qüsurları və şişləri olan zaman, baş beyinin (ensefalit) və onun qişalarının (meningit) keçirilmiş iltihab xəstəliklərindən sonra, ciddi kəllə-beyin travmaları və s. səbəblərdən baş verə bilər. Beləliklə, KDT bir çox valideynlərin düşündüyü kimi, müstəqil xəstəlik deyil, nadir hallarda rast gəlinən müxtəlif çox ağır xəstəliklərin simptomlarından biridir.

KDT əlamətləri südəmərlərdə və bir qədər çöyük uşaqlarda tam fərqli şəkildə ola bilər.

Südəmər körpələrdə KDT-in əlamətləri: adətən, başın ölçüsü sürətlə böyüyür (yəni başın ölçüsü məsələn, 1 ay ərzində 7 sm-ə qədər artmış olur), göz almaları qabarır, aşağıya dogru meylli olur (“günəş batması” sindromu), böyük əmgək qabarmış (şişmiş) olur, kəllə tikişləri aralanır, qusma müşahidə edilir və s.

Yeri gəlmişkən qeyd edək ki, körpələrdə çəpgözlük KDT-nin mütləq göstəricisi deyil. Çünki 90% hallarda südəmər uşaqlarda 6 aylığına qədər çəpgözlük fizioloji hal kimi qiymətləndirilir.

Bir qədər böyük uşaqlarda KDT üçün qusma, davamlı baş ağrıları, əqli inkişafın ləngiməsi, hərəkət vərdişlərinin pozğunluqları, qıcolmalara meyllik və s. bu kimi simptomlar xarakterik ola bilər.

Qeyd etmək lazımdır ki, təkçə sadalanan simptomlar əsasında KDT-in artması diaqnozunun qoyulması düzgün hal deyil. Çünki bu simptomların hər biri ayrı-ayrılıqda praktiki sağlam uşaqlarda da rast gəlinə bilər.

Südəmər uşaqlarda KDT diaqnozu bağlanmamış böyük əmgəkdən aparılan kəllənin USM (neyrosonoqrafiya) nəticəsində qoyula bilər. USM-də likvorun artması nəticəsində baş beyinin mədəciklərinin genişlənməsi aydın nəzərə çarpacaqdır.

Bir qədər böyük uşaqlarda KDT diaqnostikası üçün KT (kompüter tomoqrafiyası) və ya MRT-dan (maqnit-rezonans tomoqrafiyası) istifadə edilir.

Sonda bir daha qeyd etmək istərdik ki, KDT çox nadir hallarda müşahidə olunur və adətən, çox ağır və nadir rast gəlinən xəstəliklərin əlaməti kimi təzahür edir.

Əziz valideynlər! Məhz buna görə əgər sizin uşağınızın ilkin səthi müayinəsindən sonra həkim ona KDT diaqnozu qoymuş olarsa, bu həkimin yüksək ixtisaslı olması barədə xeyli dərəcədə şübhələnmək olar.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri