Icma.az
close
up
RU
Uşaqlarda müşahidə edilən 10 qəribəlik Dahilik əlamətləri

Uşaqlarda müşahidə edilən 10 qəribəlik Dahilik əlamətləri

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir çox valideynlər üçün uşaq böyütmək daimi narahatlıqdır. Valideynlər övladlarının xoşbəxt olub-olmaması ilə maraqlanırlar. Onlar akademik performansdan və dostluq edib-etməməkdən narahatdırlar. Övladı heç bir sosial qrupa sığmayan valideynlər üçün bu problemlər daha da ağırlaşa bilər.

Qaynarinfo xəbər verir ki, "Your Tango" nəşrinin məlumatına görə, uşaqların davranışındakı bəzi qəribəliklər əslində tanınmamış dahiliyin əlamətidir. Əgər övladınızda aşağıdakı xüsusiyyətlər varsa, ola bilsin ki, onlar gizli dahidir.

1. Hiperfokuslanma

"Psychology Research" jurnalında dərc edilən araşdırmaya görə, hiperkonsentrasiya, insanın bir tapşırığa tam dalaraq ətrafını unutmasıdır. Bu xüsusiyyət diqqət çatışmazlığı hiperaktivlik sindromu (DÇHS) və ya autizm kimi neyrodivergent vəziyyətlərlə əlaqəli ola bilər. Belə uşaqların diqqəti bir işə o qədər yönəlir ki, onu asanlıqla başqa yerə cəmləyə bilmirlər.

2. Xəyalpərəstlik

Gündüz xəyal qurmaq beynə istirahət imkanı verir. Bu, mürəkkəb problemlərin həllində yeni yanaşmalar tapmağa, yaradıcılıq qabiliyyətini inkişaf etdirməyə kömək edir.

3. Hər şeylə maraqlanmaq

"Ulduzlar niyə parlayır?", "Göy niyə mavidir?" kimi suallar uşağın yüksək intellektə malik olduğunun göstəricisidir. Belə suallara cavab vermək valideynləri yorub əsəbiləşdirsə də, bu, uşağın maraq dairəsinin genişliyindən xəbər verir.

4. Əşyaları söküb araşdırmaq

Telefon və ya tost aparatını açıb içini öyrənmək uşağın mexanika və mühəndisliyə olan marağını göstərir. Bu, yaradıcı düşüncə və problemləri həll etmə qabiliyyətini inkişaf etdirə bilər.

5. Həssaslıq

Psixoloq Eleyn Aronun "Həssas uşaq" kitabında qeyd edilir ki, 15-20% uşaq yüksək həssas sinir sisteminə malikdir. Belə uşaqlar ətraf aləmi daha dərindən qavrayır, empatiya göstərir və emosional reaksiyalar verir.

6. Güclü emosional reaksiya

Yüksək həssaslıqla müşayiət olunan emosional intensivlik, uşağın duyğularını daha dərindən hiss etməsinə səbəb olur. Valideynlər onlara emosiyalarını düzgün ifadə etməyi öyrətməklə gələcəkdə problemləri daha səmərəli həll edə bilən yetkinlər yetişdirə bilərlər.

7. Qeyri-adi düşüncə

Uşağın problemləri standart olmayan yanaşmalarla həll etməsi onun beyninin yüksək səviyyədə fəaliyyət göstərdiyini göstərə bilər.

8. Yuxudan imtina

Belə uşaqların beyinləri o qədər aktivdir ki, sakitləşməkdə çətinlik çəkirlər. Yuxusuzluq və narahatlıq yüksək IQ-nun əlaməti ola bilər.

9. Xəyali aləmlər yaratmaq

Uşağın öz dilini icad etməsi onun linqvistik qabiliyyətlərinin inkişafından və yaradıcı təxəyyülünün genişliyindən xəbər verir.

10. Tənhalığa üstünlük vermək

Uşağın dostlarından çox özünə vaxt ayırması qəribə görünsə də, bu, daxili dünyasını inkişaf etdirmək istəyi ilə bağlıdır. Belə uşaqlar təklikdən zövq alır və yaradıcı fikirlər üzərində düşünürlər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri