Icma.az
close
up
RU
Uşaqlarda ürək xəstəliklərinin ƏLAMƏTLƏRİ

Uşaqlarda ürək xəstəliklərinin ƏLAMƏTLƏRİ

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Təəssüf ki, valideynlər əksər hallarda uşaqda ürək-damar sistemi xəstəliyi simptomlarının olduğuna lazımi diqqət yetirmir və həkimə yalnız xəstəlik dərinləşdiyi zaman müraciət edirlər.

Uşaq aşağıda qeyd edilən əlamətlərdən şikayət edirsə, buna diqqət yetirin:

- ürəkdöyünmə,
- döş qəfəsi (ürək) nahiyəsində ağrılar,
- gərginlik zamanı və xüsusilə də sakit vəziyyətdə olarkən təngnəfəslik.

Tezləşmiş ürəkdöyünmə (taxikardiya) sağlam uşaqlarda, adətən, fiziki və emosional gərginlik (qorxu, sevinc) zamanı baş verir. Buna səbəb olan faktor aradan qaldırılan kimi, sağlam uşaqlarda olan taxikardiya öz-özünə keçib gedir. Xəstə uşaqda isə bu vəziyyət uzun müddət qalır və, hətta sakit vəziyyətdə də əmələ gəlir. Nəbzin yavaşıması (bradikardiya) da təhlükəli hesab olunur.

Normada sağlam uşaqların nəbzi həyatının ilk 1-ci ilində dəqiqədə 125-130 vurğu, 5-7 yaşlarında 90-100, 8-10 yaşlarında 80-85, 11-14 yaşlarında 70-85 vurğu olmalıdır.

Döş nahiyəsində ağrılar da ürək xəstəliyinin olmasına dəlalət edə bilər. Bu ağrılar həmçinin heç bir ürək xəstəliyi olmadan, qeyri-stabil sinir sisteminə malik uşaqlarda da ola bilər. Ancaq hər bir halda döş nahiyəsində ağrıları olan uşaq kardioloq-həkimin konsultasiyasından keçməlidir.

Təngnəfəslik - urək çatışmazlığının ən ilk əlamətlərindən biridir. Fiziki və emosional gərginliyə məruz qalmadan sakit vəziyyətdə əmələ gələn təngnəfəslik təhlükəli ola bilər. Həyatının ilk 1-ci ilində sağlam uşaqlarda tənəffüs tezliyi dəqiqədə - 30-40, 5 yaşında - 25, 7-8 yaşında 18-22, 10-14 yaşında 16-18 tənəffüs hərəkəti olur. Uşaqda tənəffüs tezliyi sakit vəziyyətdə qeyd edilən normadan artıq olarsa, təngnəfəslik olduğuna şübhə etmək olar. Bu vəziyyət dərinin göyərməsi (sianoz) ilə müşayiət edilirsə, bu daha təhlükəlidir.

Ümumiyyətlə, hər zaman uşağın dərisi və dodaqlarının rənginə diqqət yetirmək lazımdır. Əgər yeni doğulmuşun dərisi və dodaqları göyümtüldürsə, bu, ağır urək, ağciyər və digər orqanların xəstəliklərinin olmasına dəlalət edə bilər. Həyatın ilk aylarında zəif sianoz körpənin alt pəncəsində, topuqda, dırnaqlarda daha çox gözə çarpır. Bir qədər böyük uşaqlarda göyərmə gözlərin alt hissəsində olur. Ağızətrafı nahiyədə göyərmə təkcə ürək xəstəlikləri deyil, həm də kəskin virus infeksiyaları, pnevmoniyalar, anemiyalar zamanı da əmələ gələ bilər.

İlk aylarda uşaqda səbəbsiz narahatlıq, qışqırıq, dərinin ağarması, süstlük, söyuq tər əlamətləri müşahidə olunarsa, bu, valideynləri narahat etməli və həkimə müraciət etmək üçün səbəb olmalıdır.

Bundan başqa, həyatının 1-ci ilində uşağın çəkisinin ləng artması, psixomotor inkişafın ləngiməsi, passiv əmmə prosesi, sudvermə zamanı narahatlıq kimi əlamətlər də körpədə ürək xəstəliyi olduguna dəlalət edə bilər.

Bir qədər böyük uşaqların boy atması və inkişafı ləngiyərsə, aktiv oyunlar zamanı onlarda tez yorulma, avazıma olarsa, tez-tez yerimə və ya qaçma zamanı boğulma nəzərə çarparsa, onları mütləq kardioloqa göstərmək lazımdır.

Ödemlər (dəri şişkinliyi) də ürək xəstəlikləri simptomu ola bilər. Bu zaman ödemlər əvvəl ayaqlarda, sonra isə bədənin digər hissələrində əmələ gəlir.

Əgər uşağın ürək nahiyəsində önə qabarma (“ürək donqarı”) müşahidə edilərsə, bu, ürəyin ağır zədələnməsinə dəlalət edir və təcili olaraq mütəxəssis müayinəsi tələb edir.

Yaş            Nəbz (1 dəq. ərzində)      Tənəffüs tezliyi (1 dəq. ərzində)
2                        110-115                           30-35
3                        105-110                           30-35
5                          100                                 25
8                           90                                20-25
10                        80-85                               20
12 yaşdan yuxarı    70-75                            16-18

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:638
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri