Icma.az
close
up
RU
Uşaqlarda onkoloji xəstəliklər artır: Risk faktorları çoxalıb

Uşaqlarda onkoloji xəstəliklər artır: Risk faktorları çoxalıb

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Onkoloji xəstəliklər insanlığın ən böyük bəlalarından birinə çevrilib. Uşaqdan böyüyə qədər dünyanın müxtəlif yerlərində bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artır. Xəstəliyin uzun müddətdir mövcud olmasına baxmayaraq, insanı ona düçar edən səbəblər hələ dəqiq bəlli deyil. Son illərdə xüsusilə qidaların tərkibi və havanın çirklənməsi kimi amillərin xərçəngin yaranmasında mühüm rol oynadığı iddia olunur. Maraqlıdır ki, müasir dövrdə irəli sürülən bu iddialar həqiqətən də öz təsdiqini tapırmı?

Sfera.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov əvvəllər onkoloji xəstəliklərin əsasən yaşlı insanların problemi kimi qəbul olunduğunu deyib:

“Lakin son illərdə bu xəstəlik xeyli “cavanlaşıb” və artıq təkcə yaşlılarda deyil, gənclərdə, hətta uşaqlarda da müşahidə olunur. Hətta 2, 5 və ya 10 yaşlı uşaqlarda belə rast gəlinməsi faktı var. Statistik məlumatlar göstərir ki, xəstəliyin yayılması təkcə bizim ölkədə deyil, bütün dünyada sürətlə artır və yaxın 5-10 ildə daha da çoxalacağı gözlənilir”.

Onkoloq onkoloji xəstəliklərin geniş yayılmasının müxtəlif səbəbləri olduğunu qeyd edib.O bildirib ki, məsələn, son 6 ayda Bakıda aparılmış statistik araşdırmalar göstərir ki, əvvəllər ürək-damar xəstəlikləri birinci yerdə dayanırdısa, indi xərçəng xəstəlikləri həmin yeri tutub: 

“Xəstəliyun yayılmasında əsas amillərdən biri havanın çirklənməsidir. Bakı şəhərində son illər nəqliyyat vasitələrinin sayı xeyli artıb. Avtomobillərin buraxdığı zərərli qazlar isə xərçəng hallarının artmasına səbəb olur. Digər ciddi faktor isə tütün və elektron siqaretlərdən, həmçinin qəlyandan istifadədir. Gənclər düşünürlər ki, elektron siqaretlər az zərərlidir, lakin əksinə, onların təsiri daha təhlükəlidir”.F.Museyibov bundan başqa, fast food, kolbasa və sosiska kimi emal olunmuş qidaların həddindən artıq istifadəsinin də risk yaratdığını əlavə edib:

“Artıq şəhərdə istənilən yerdə bu cür qidaların satıldığı yerlərdə uzun növbələr görmək olar. Təəssüf ki, gənclər bunun sağlamlığa, xüsusilə də onkoloji xəstəliklərin yayılmasına ciddi təsir etdiyini nəzərə almırlar”.  

Həkim vurğulayıb ki, digər bir səbəb hərəkətsizlikdir:

“Müasir dövrdə həyat tərzinin rahatlaşması nəticəsində insanlar daha passiv olub, bu da xəstəliklərin artmasına zəmin yaradır. Qadınlar arasında süd vəzi xərçəngi, kişilər arasında isə ağciyər xərçəngi daha çox yayılıb. Burada da bir sıra faktorlar - stress, psixoloji gərginlik və travmalar mühüm rol oynayır.

Bundan əlavə, qazlı energetik içkilərin geniş istifadəsi və palma yağı tərkibli məhsulların çoxluğu da xərçəngin yaranmasına səbəb olan risk faktorları sırasındadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see367

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see255

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see184

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see170

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see169

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see163

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see158

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see144

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri