Dağ kəndlərində təhlükə artır: Canavar hücumları çoxalıb
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəkinin ucqar kəndlərindən birində canavar hücumları nəticəsində bir neçə təsərrüfata ciddi ziyan dəyib.
Milli.Az xəbər verir ki, hadisə zamanı təxminən 30-a yaxın qoyun-quzu tələf olub, bir qismi isə yaralanıb. Sakinlərin sözlərinə görə, yırtıcılar səhər saatlarında tövlələrə daxil olaraq heyvanları parçalayıb, hətta bəzilərini aparıb.
Zərərçəkənlər bildirib ki, təsərrüfatların qurulmasına böyük vəsait xərclənib və bu hadisə onlara ciddi maddi itki yaşadıb. Kəndin relyefi və ətraf ərazilərdəki təpəliklər yırtıcıların aktivliyini artırır. Sakinlər təhlükəsizlik üçün heyvanları birgə otarmağa üstünlük versələr də, hücumların qarşısını almaq hər zaman mümkün olmur.
Kənd icra nümayəndəsi Niyaz Şirinov bildirib ki, tələf olan heyvanlar baytar həkimlərin nəzarəti ilə kənd kənarında xüsusi ayrılmış ərazidə basdırılıb, zərərçəkən təsərrüfatlarda dezinfeksiya işləri aparılıb. Eyni zamanda vurğulanır ki, bəzi təsərrüfat sahiblərinin sığortadan istifadə etməməsi belə hallarda itkiləri daha da ağırlaşdırır.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 May 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















