Icma.az
close
up
RU
Uşaqlarda təhsilə maraq niyə azalıb? KÜNCDƏN BAXIŞ

Uşaqlarda təhsilə maraq niyə azalıb? KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin Bayramlı

Son vaxtlar uşaqların təhsilə marağının azalması ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Burada müxtəlif səbəblər göstərilir. Bəziləri qeyd edir ki, aztəminatlı ailələrdə uşaqların təhsil alması çətindir və əsas səbəblərdən biri budur. Lakin, fikrimizcə, bu iddiaların heç bir əsası yoxdur.

Bəli, aztəminatlı ailələrin maddi problemləri var, amma sosial-iqtisadi cəhətdən çətinlik çəkən ailələrdə böyüyən uşaqların təhsil almasına bu amilin həlledici təsiri yoxdur. Çünki Azərbaycanda ümumi orta təhsil pulsuzdur və əgər uşağın oxumağa həvəsi, öyrənməyə marağı varsa, o, rahat şəkildə təhsil ala bilər. Üstəlik, müasir dövrdə müxtəlif mənbələrdən bilik əldə etmək imkanları da kifayət qədər genişdir.

Yalnız həddindən artıq yoxsul ailələrdə müəyyən problemlər yarana bilər. Məsələn, məktəb ləvazimatlarının və ya məktəb geyimlərinin alınmasında çətinliklər ola bilər, bəzi hallarda isə uşaqlar ailələrinə maddi dəstək vermək üçün ev və təsərrüfat işlərində kömək etməyə məcbur qalırlar. Belə hallarda həmin ailələr üçün xüsusi sosial dəstək proqramlarının olması vacibdir.

Dövlətin bu istiqamətdə müəyyən proqramları var, eyni zamanda xeyriyyə cəmiyyətləri və ictimai təşkilatlar da kömək göstərə bilərlər. Bütün bunlara baxmayaraq, bu çətinliklər uşağın təhsil almaq həvəsini məhv etməməlidir. Bizim böyük şəxsiyyətlərimizin, alimlərimizin, ziyalılarımızın böyük bir hissəsi imkansız ailələrdən çıxıb, çətin şəraitdə böyüyüb, lakin məqsədləri və əzmləri sayəsində uğur qazanıblar. Əgər uşağın məqsədi varsa və valideynlər də müəyyən qədər dəstək göstərirsə, o, yaxşı oxuyacaq və təhsil alacaq.

Maddi-iqtisadi çətinliklərin bu gün uşaqların təhsilinə təsiri həlledici deyil. Uşaqları həddindən artıq komfortlu şəraitdə böyütmək də mütləq üstün nəticə vermir. Bahalı məktəblər, bahalı paltarlar və ləvazimatlar uğur üçün heç bir təminat vermir. Əsas olan uşağın daxili motivasiyası və öyrənməyə marağıdır. Əgər bu maraq yoxdursa, heç bir maddi imkan nəticə verməyəcək.

Əgər hər il orta və ali məktəblərdə keçirilən imtahanların nəticələrinə baxsaq görərik ki, daha çox bal toplayan şagirdlərin böyük əksəriyyəti daha aşağı təminatlı aiılələrdəndir və adi məktəblərdə təhsil alıblar. Bahalı özəl məktəblərdə təhsil alan imkanlı təbəqənin övladlarının çoxu isə onlar qədər nəticə əldə edə bilmir.

Bu baxımdan, valideynlərin uşaqların yalnız görünüşünə və bahalı əşyalarına deyil, onların düşüncəsinə, maraqlarına və mənəvi inkişafına da diqqət yetirməsi çox vacibdir.

Əlbəttə, aztəminatlı ailələrin təhsil alan uşaqlarının müəyyən çətinlikləri var, lakin onlara da həm dövlət, həm də xeyriyyə fondları tərəfindən dəstək verilir- məktəb geyimləri, çanta və digər ləvazimatlarla təmin olunurlar. Əgər biz tam imkansız ailələrə dəstək göstərsək və eyni zamanda uşaqlarda təhsilə maraq formalaşdıra bilsək, cəmiyyətimiz üçün daha sağlam və savadlı nəsil yetişdirə bilərik.

Hər bir halda bu həqiqəti qəbul etməliyik- uşağın təhsilə marağında onun kasıb ya da varlı ailədən olması heç bir roy oynamır. Əgər valideyn uşağa normal tərbiyə veribsə, ona biliyin vacibliyini aşılaya bilibsə və uşaqda əzm və məqsəd formalaşdıra bilibsə, heç şübhəsiz ki, bu uşaq təhsildə yaxşı nəticələr əldə edəcək. Əgər bunlar yoxdursa, heç bir maddi imkanın gücü uşaqda təhsilə həqiqi həvəs və maraq oyatmaq mümkün deyildir.

Uşaqlarımıza diqqət göstərmək, vaxt ayırmaq, ona kömək etmək, ona həyatı öyrətmək daha vacibdir, nəinki onu maddi nemətlərlə maksimum təmin etməyə çalışmaq. Problem uşaqlarda deyil, bizdədir, bizim düşüncəmizdə. Biz sağlam düşüncə ilə yanaşsaq, sağlam da gələcək formalaşdıracağıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri