Icma.az
close
up
RU
Sonun başlanğıcı KÜNCDƏN BAXIŞ

Sonun başlanğıcı KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır

“Biz ətrafımızı o qədər dəyişmişik ki, indi orada mövcud olmaq üçün özümüzü kökündən dəyişməliyik” - Viner Norbert (ABŞ riyaziyyatçısı, “kibernetikanın atası”)

Qlobal istiləşmə şəraitində Arktika və Antarktidakı, həmçinin Qrenlandiyadakı buzlaqların əriməsi sürətlənib. Artıq buz təbəqəsindəki ərimənin qarşısını almaq mümkün deyil. Son 20-30 ildə bu ərimə daha da sürətlənib və buz təbəqələri çox böyük ölçülərdə yoxa çıxır. Buzlu materikdə hər il nəhəng buz təbəqələri materikdən qoparaq okeana doğru irəliləyir və əriyir.

Təxminən 10-15 il qabaq Arktikada qalın buz təbəqəsindən atom buzqıran gəmilərlə belə yaxınlaşmağın mümkün olmadığı yerlərə, hətta şimal qütbünə belə adi gəmi ilə rahatca gedib gəlmək olur. Son elmi məlumatlar ərimənin ehtimal olunandan 100 dəfə daha sürətlə getdiyini göstərdi.

Hesablamalara görə, təkcə Qrenlandiyanın əriməsi dəniz səviyyəsini 7 metr qaldıracaq, bu özlüyündə böyük fəlakətdir, bunun üzərinə Arktika və Antarktidanın da əriməsini əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin olmaz.

Antarktidada tarixdə ilk dəfə 20 dərəcədən yuxarı tempratur qeydə alınıb. Sibirdə tempratur 40 dərəcəyə çatıb. Son bir neçə min ildə bircə dərəcə belə istiləşməyən planetimizin orta tempraturu son 1 əsrdə 3 dərəcə artıb ki, bu da faktiki fəlakət siqnalıdır.

Dünən Sakit okeanın şimalında- Rusiyanın Kamçatka yarımadasında baş verən 8.8 bal gücündə zəlzələ və bunun nəticəsində yaranmış güclü sunami bütün okean boyu yerləşən ölkələrdə dağıntılara səbəb olub. Son günlərdə Türkiyədə və digər ölkələrdə törədilən meşə yanğınları isə qlobal ekosistemi məhv edir. Təbii fəlakətlərin sayı və amplitudası artıb.

Daha açıq desək, bunlar nəhəng qlobal kataklizmlərin başlayacağını göstərən əlamətdir. Dağlarda buzlaqların əriməsi isə tezliklə qlobal içməli su böhranı yaradacaq və hətta su müharibələrinin baş verəcəyi ehtimal olunur. Ciddi qlobal ərzaq böhranı gözlənilir. Təbii resurslar tükənir.

Konkret olaraq bu proses antropogen təsirlərin, yəni birbaşa insan fəaliyyətinin nəticəsidir. Baxmayaraq ki, iri sənaye oliqarxlarının oyuncaq “elmi” mərkəzləri diqqəti problemin əsas səbəbindən yayındırmaq üçün bəşəriyyətə nağıl danışırlar. Guya ki, bu vəziyyət Günəşdə gedən hansısa reaksiyalar, nə bilim, kosmosda baş verən hansısa proseslərin təsiri ilə imiş. Halbuki elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır.

Burada yeganə təqsirkar insanların özləridir. Daha doğrusu bəşəriyyətin idarəedici qüvvələri. Kapitalizm sistemi planetdə bütün canlı aləmin axırına çıxmağa rəvac verir. Lazımsız istehsal həcmi, vəhşicəsinə istehlak çılğınlığı, lüzumsuz rəqabət mühiti və çoxlu sərvət əldə etmək həyasızlığı dünyanı məhvə aparır. Qısası, öz evimizi, yəni dünyamızı şüursuzcasına dağıtmaq, bütün canlı üçün biz insanlar əlimizdən gələn hər şeyi edirik.

Ultrakomfort həyat arzusu, fasiləsiz istehlak xəstəliyi, dəb və özünü başqalarından üstün göstərmək sindromu dünyanın axırına çıxır. Bəzi nüfuzlu alimlərin fikrincə, artıq planetimizi, canlı aləmi xilas etmək, bu qorxunc prosesi dayandırmaq və hər şeyi geri qaytarmaq üçün son imkanlar da itirilib. Yəni, artıq demək olar ki gecdir...

2 il əvvəl ABŞ Konqresində və Ağ Evdə lobbiçi, CERN Laboratoriyasının "Gələcək Halqa Toqquşdurucusu" layihə qrupunun və E.Lourens adına Livermor Milli Laboratoriyasının Lazer Termonüvə Reaksiyaları Milli Kompleksinin istifadəçi qrupunun üzvü, ABŞ-ın dörd prezidentinin müşaviri olmuş Eqon Çokaian bütün dünya ictimaiyyətinə müraciət etdi. Nüfuzlu alım artıq qlobal kataklizmlərin başlandığını və dünyanın yaxın bir neçə il məhv ola biləcəyini bəyan etdi.

Digər alimlər də artıq planetimizdəki ekoloji proseslərin qarşısıalınmaz, geridönməz formaya keçdiyini etiraf ediblər. Yəni biz, necə deyərlər, “bir balaca” gecikmişik. Bir neçə il əvvəl BMT-də dünya dövlətlərinin nümayəndələri müzakirə apardılar ki, qlobal istləşmənin sürətini azaltmaq üçün istehsal və atmosferə tullantılarının həcmi azaldılsın.

Hətta maksimum tədbirlər belə ümumi orta temperaturun artımını 2 dərəcədən aşağı salmağa qadir deyil. Halbuki, dövlətlər minimum azalmanı belə qəbul etmək istəmirlər. Bunun üçün Kioto protokoluna baxmaq kifayətdir. İri sənaye dövlətləri protokola qoşulmamaqla göstərdilər ki, onlar planetimizin xilasında yox, özlərinin müvəqqəti nüfuz və üstünlüyündə maraqlıdırlar. Kasıb ölkələr isə deyirlər ki, biz də sizin kimi yaşamaq istəyirik, ona görə də sənayeni azalda bilmərik.

Misal üçün, ABŞ təkbaşına dünya ekologiyasının korlanmasında 40 faizlik paya malikdir. Halbuki onun əhalisi dünya əhalisinin cəmi 3 faizini təşkil edir. Çin və Hindistan deyirlər ki, biz hərəmiz milyard yarım əhalini təmin etməliyik, insanlarımızın varlı ölkələrdəki kimi yaşamaq haqqı var, ya hamı eyni yaşayacaq, ya da biz heç nəyi ixtisar edən deyilik, yəni zərərli sənaye sahələrini və onun tullantılarını azaltmayacağıq.

Bax, dünyamız belə bir şüursuz vəziyyətdə dağılmağa doğru gedir. Bunun səbəbi, hələ də dünyamızda ədalətli və ağıllı insan cəmiyyəti qura bilməməyimizdədir. Nə qədər ki, insanlar sağlam təfəkkürə yiyələnə bilməyib, labüd bəşəri fəlakətdən sığortalanmaq mümkün olmayacaq. Artıq sonun başlanğıcındayıq...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see224

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri