Icma.az
close
up
RU
Uşaqlarda yayılan sirli xəstəlik Azyaşlıları hədəfə alan infeksiya

Uşaqlarda yayılan sirli xəstəlik Azyaşlıları hədəfə alan infeksiya

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Son zamanlar uşaqlar arasında qusma, yüksək hərarət və qarın ağrısı ilə müşaiyət olunan xəstəlik yayılıb. Bu əlamətlər adətən birdən-birə başlayır və bəzi hallarda uşaqlar qida qəbulundan imtina edir, halsızlıq və süstlük müşahidə olunur. 

Xəstəliyin yaranma səbəbi ilə bağlı Sfera.az- a açıqlama verən professor, tibb elmləri doktoru Adil Qeybulla hazırda epidemioloji vəziyyətin bir qədər qarışıq olduğunu bildirib. 

Professorun sözlərinə görə, uşaqlar arasında yüksək hərarət, qusma, qarın ağrısı və ishalla müşayiət olunan halların əksəriyyəti adətən rotavirus infeksiyası ilə əlaqəli olur:

“5 yaşına qədər olan uşaqların demək olar ki, hər biri bu infeksiyaya heç olmasa bir dəfə yoluxur. Hazırkı vəziyyətdə bu cür əlamətlər göstərən azyaşlıların əksəriyyəti ev şəraitində müalicə olunur. Bəzi valideynlər məlumatlı olmasa da, düşünürəm ki, bu vəziyyətdən əziyyət çəkənlərin sayı kifayət qədərdir".

A.Qeybulla bu cür hallarda uşaqlarda maye və elektrolit itkisinin çox olduğunu qeyd edib. 

O əlavə edib ki, buna görə də onlara “Rehidron” kimi elektrolit tərkibli məhlullar verilməlidir:

"Valideynlər bu preparatı evdə rahatlıqla tətbiq edə bilərlər. Əgər bədənin temperaturu yüksəkdirsə, onu salmaq vacibdir. Lakin hərarət 38°C civarında olduqda müdaxiləyə ehtiyac görmürəm. Əgər temperatur 39–40°C-yə qədər qalxarsa, bu zaman mütləq şəkildə hərarətsalıcı tədbirlər görülməlidir. Ən önəmlisi isə uşağın bədənindəki maye və elektrolit balansının qorunmasıdır. Qalan bütün tədbirlər isə yalnız həkim məsləhəti ilə aparılmalıdır. Həmçinin bol maye qəbulu da olduqca vacibdir”.

Fidan Hacızadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri