Icma.az
close
up
RU
Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır

Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Yalan məlumatlar və təhlükəli çağırışların uşaqların psixologiyasına və inkişafına təsirləri narahatlıq yaradır


Azyaşlıların sosial şəbəkələrə həddindən artıq aludə olması günümüzün ən böyük problemlərindən biridir. Təhsil, sosial həyat və psixoloji sağlamlıq baxımından ciddi təhlükələr yaradan bu vəziyyət həm ailələrin, həm təhsil sisteminin, həm də cəmiyyətin ümumi inkişafına  mənfi təsir göstərir. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə sosial şəbəkələrdə yayılan zorbalıq, yalan məlumatlar və təhlükəli çağırışların uşaqların psixologiyasına və inkişafına təsiri ilə bağlı narahatlıq artır. Bu problemin həlli üçün hərtərəfli yanaşma tələb olunur.


Bu barədə “Sherg.az”a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, dünya üzrə 8-16 yaş arası uşaqların təxminən 75 faizi gündəlik olaraq sosial şəbəkələrdən istifadə edir. Azərbaycan da bu məsələdə dünya ortalamasından geri qalmır:


 “2023-cü ildə aparılan araşdırmalara əsasən, ölkədə 10-15 yaş arası uşaqların 68 faizi gündə ən azı 4 saatını sosial şəbəkələrdə keçirir. Xüsusilə "TikTok", "Instagram" və "YouTube" kimi platformalarda uzun müddət vaxt sərf edilməsi nəticəsində uşaqlar həm təhsildə geri qalır, həm də sosial bacarıqlarını itirirlər. Bundan əlavə, 2022-ci ildə Azərbaycanda sosial şəbəkələrdə zorbalıqla bağlı edilən şikayətlərin sayı əvvəlki illərə nisbətən 32 faiz artıb. Qanunvericilik baxımından, Azərbaycan Respublikasında sosial şəbəkələrin azyaşlılar üçün təhlükəsiz istifadəsini təmin etmək məqsədilə müəyyən qanunlar mövcuddur. Məsələn, “Uşaqların hüquqlarının qorunması haqqında” qanun uşaqların mənəvi və fiziki inkişafının qorunmasını nəzərdə tutur. Lakin sosial şəbəkələrdə yayılan zərərli məzmunun nəzarəti və ya filtrasiya mexanizmləri ilə bağlı konkret mexanizmlər hələ tam olaraq tənzimlənməyib. Sosial şəbəkə platformalarının azyaşlılara uyğun məzmun təqdim etməsi ilə bağlı hüquqi öhdəlikləri qlobal səviyyədə müzakirə olunsa da, bu istiqamətdə Azərbaycanda daha sərt tədbirlərə ehtiyac vardır”.


Dünya təcrübəsinə istinad edən ekspert bildirib ki,  sosial şəbəkələrin azyaşlılara təsirini azaltmaq üçün müxtəlif yanaşmalar tətbiq olunur:

 “Məsələn, Avropa Birliyində “Rəqəmsal Xidmətlər Aktı” (Digital Services Act) çərçivəsində sosial şəbəkələr azyaşlıların hüquqlarını qorumaq üçün daha ciddi tələblərə məcbur edilir. Bu tələblərə uşaqlar üçün uyğun olmayan məzmunun avtomatik filtrasiya sistemləri və yaş təsdiqləmə mexanizmlərinin tətbiqi daxildir. ABŞ-də “Children’s Online Privacy Protection Act” (COPPA) çərçivəsində 13 yaşdan aşağı uşaqların şəxsi məlumatlarının toplanması qadağandır və bu qanun sosial şəbəkə platformalarını ciddi şəkildə məhdudlaşdırır. Cənubi Koreyada isə uşaqların sosial şəbəkələrdə keçirdikləri vaxtı məhdudlaşdıran dövlət siyasətləri mövcuddur. Belə ki, 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə giriş gecə saatlarında bloklanır.

Bu problemlərin həlli üçün ölkəmizdə bir sıra tədbirlər görülə bilər. İlk növbədə, sosial şəbəkələrin istifadəsi ilə bağlı ictimai maarifləndirmə kampaniyaları keçirilməli və valideynlər uşaqların rəqəmsal davranışlarına nəzarət etmək üçün təlimatlandırılmalıdır. Məktəblərdə rəqəmsal təhlükəsizlik mövzusunda dərslər və seminarlar təşkil edilməli, uşaqlara sosial şəbəkələrin müsbət və mənfi tərəfləri haqqında biliklər verilməlidir. Sosial şəbəkə platformalarının azyaşlı istifadəçilər üçün uyğun olmayan məzmunun qarşısını almaq məqsədilə Azərbaycan qanunvericiliyində daha sərt tənzimləmələr hazırlanmalı və tətbiq olunmalıdır”.

K.Əsədov qeyd edib ki, cəmiyyətin hər bir üzvü, xüsusilə valideynlər və müəllimlər, bu məsələdə öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Onun fikrincə, sosial şəbəkələrin müsbət tərəflərindən istifadə edərək uşaqların təhsil və inkişafına töhfə vermək mümkündür, lakin bu, zərərli məzmunun nəzarət altına alınması və uşaqların sosial şəbəkələrdən düzgün istifadə etməsi ilə yanaşı həyata keçirilməlidir. Təklif olunan tədbirlər kompleks yanaşma tələb edir və bu problemin həlli yalnız ailələrin, təhsil sisteminin və dövlətin birgə səyləri ilə mümkün olacaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri