Icma.az
close
up
RU
Uşaqlarda yüksək qızıdırma zamanı QICOLMALAR. Səbəblər, müalicə, fəsadlar

Uşaqlarda yüksək qızıdırma zamanı QICOLMALAR. Səbəblər, müalicə, fəsadlar

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Febril qıcolmalar 5 yaşına qədər olan uşaqlarda yüksək hərarət fonunda (39 C-dən yuxarı) inkişaf edir. Bəzən qıcolma hətta 38 C-də inkişaf edə bilər. 

Saglamolun.az bildirir ki, oğlanlarda bu hala qızalarla müqayisədə 4 dəfə daha tez-tez rast gəlinir.

Məhz kiçik yaşlı uşaqlarda febril qıcolmaların əmələ gəlməsi onların orqanizmində istiliyin mübadiləsi mexanizminin tam inkişaf etməməsi ilə izah olunur. Lakin statistika göstərir ki, yalnız 4% uşaqlarda yüksək hərarət fonunda qıcolmalar olur, qalan 96% uşaqlarda isə olmur. Bunun səbəbi nədir? Xüsusi elmi araşdırma göstərib ki, yüksək hərarətə belə reaksiyanın olması bir çox hallarda irsiyyətlə bağlıdır.

Bəzi araşdırmalar göstərir ki, uşaq orqanizmində dəmir və sinkin azlığı da febril qıcolmaların riskini artırır.

Qıcolma əslində yüksək hərarətin nəticəsində deyil, hərarətin kəskin yüksəlməsi nəticəsində baş verir. Uşaqda hərarət tədricən qalxırsa, qıcolmanın inkişafı riski azdır. Əksinə hərarət 37 C-dən birdən-birə 40 C yüksələrsə, bu halda qıcolma baş verə bilər.

Qıcolma 15 dəqiqədən az davam edirsə və 24 saat ərzində təkrarlanmırsa, bu sadə febril qıcolma sayılır. Mürəkkəb febril qıcolma zamanı qıcolmalar 24 saat ərzində bir neçə dəfə təkrarlanır və uzunmüddətli olur. Bu çox təhlükəli haldır və uşaqda ciddi nevroloji xəstəliyin olmasına işarə edir. Belə uşaq mütləq hərtərəfli nevroloji müayinədən keçməlidir.

Febril qıcolma zamanı ilk növbədə uşağın hərarətini salmaq lazımdır. Bunun üçün şam və ya litik qarışıq ("smes") istifadə olunur. Belə vəziyyətdə olan uşağa hər hansı həb və ya suspenziya vermək olmaz.

Qıcolma zamanı uşağı böyürü üstə qoymaq lazımdır ki, qusma olarsa uşaq boğulmasın. Valideynlərin əksəriyyəti qıcolma zamanı uşağın dilinin qırtlağa düşməsi nəticəsində boğulmaqdan qorxur. Uşaq böyür üstə uzandıqda, bu mümkün deyil. Bu səbəbdən uşağın ağzını zorla açmaq, uşağın ağzına barmaq, hər hansı əşya (dəsmal, karandaş və s.) salmaq mənasız və hətta təhlükəlidir!  Bunu heç zaman etməyin!

Uşağı zorla sıxmaq, qollar və ayaqlarını düzəltmək olmaz. Sadəcə uşağın yanında olun və qıcolma zamanı özünə xəsarət yetirməyə imkan verməyin. Uşağın başının altına yastıq qoyun və ya onun başını dizinizin üstünə qoyun.

Dərhal təcili yardım çağırın.

Bəzən yüksək hərarət zamanı uşaq birdən-birə sanki donur və ətrafa heç bir reaksiya vermir. Bu da febril qıcolmanın növü sayılır.

Dünya mütəxəssislərinin fikrinə görə, əksər hallarda sadə febril qıcolmalar xoşxassəlidir, gələcəkdə təkrarlanmır və uşağın sağlamlığına heç bir mənfi təsir etmir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri