Icma.az
close
up
RU
Uşaqları antibiotik təhlükəsindən necə qorumalı? Pediatrdan valideynlərə xəbərdarlıq

Uşaqları antibiotik təhlükəsindən necə qorumalı? Pediatrdan valideynlərə xəbərdarlıq

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Bu, böyük bir bəladır".

Musavat.com bildirir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev son vaxtlar mətbuatda antibiotikdən istifadə ilə bağlı gedən müzakirələrə fikir bildirərkən səsləndirib.

Pediatr valideynlərə səslənərək qeyd edib ki, antibiotiki ancaq həkim təyin edə bilər:

"Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Xəstəlik törədiciləri müxtəlifdir. Orada viruslar,  bakteriyalar var. Virusa heç bir halda antibiotik təsir etmir. Əksinə, virus infeksiyasında antibiotik təyinatı xəstənin vəziyyətini daha da ağırlaşdırır. Bu səbəbən  yalnız həkim hansı antibiotikin vacib olduğunu deyə bilər. Antibiotik sözünün mənası "həyatın əleyhinə" deməkdir. Yəni xəstəlik törədici bakteriyanın əleyhinə olan, onu öldürən bir vasitədir. Ancaq antibiotiki yersiz təyin edəndə, o xəstənin ümumi müqavimətini daha da azaldır. Müqaviməti azalmış virus infeksiyalı xəstəyə bakterial infeksiya da qoşulur. Bakteriya tamam başqa qrupdan olan xəstəlik törədicisidir. Bakteriya varsa, artıq antibiotiksiz keçinmək olmaz. Xəstənin vəziyyəti daha da ağırlaşa bilər. Tibbin tələbinə görə, həkim müayinə etdikdən sonra, antibiotik təyin edə bilər. Ancaq tibb bacısının, aptek satıcısının bu imkanı yoxdur. Son bir neçə ayda Azərbaycanda 3 növ virus geniş yayılmışdı, uşaqlarda qızdırma halları  və sair artmışdı. Ancaq özbaşına antibiotik təyin etməklə xəstənin vəziyyətini ya daha da ağırlaşdıra bilərsiniz, ya da anafilaktik şok keçirməsinə səbəb olarsınız".

Pediatrın sözlərinə görə, allergiya vermək baxımından ən təhlükəli iynə pensilin qrupudur:

"Pensilin icad olunan ilk antibiotikdir və vaxtilə milyonlarla insanları ölümdən qurtarıb. Bu antibiotikin allergik təsiri həddindən artıq yüksəkdir. Sovet dönəmində dəri içi sınaq qoyulurdu. Əgər müəyyən müddət ərzində dəridə səpki olsa, bu antibiotik həmin şəxsə yararsız və təhlükəli hesab olunurdu. Ancaq bu sınağı dərialtı etmək olmaz, qızara, şişkinlik yarada bilər".

V.Qarayev vurğuladı ki, indi həkimlər iki qrupa bölünüb, sınaq tərəfdarları və əleyhdarları:

"Əgər orqanizm allergikdirsə, o sınaq mütləq müsbət nəticə verəcək, bəzən isə verməyə də bilər. Sınaq xəstəxana şəraitində peşəkar həkim tərəfindən qoyulmalıdır. Nəticəyə də yalnız həkim qərar verə bilər. Adətən həkimlər sınaq üçün dərmanın çox az bir qismini əzələ daxilinə yeridirlər, 20-25 dəqiqə gözləyirlər ki, allergiya verərəcək , ya yox. Şəxsin allergiyası barədə məlumatları da məhz həkim toplayır, ola bilər ki, yumurtaya qarşı allergiyası olan uşağın antibiotikə qarşı allergiyası olmasın. Ancaq xoşagəlməz nəticə alınanda, xəstədə güclü şok baş verəndə, ona kömək edən yalnız həkim ola bilər. Başqa heç kim kömək edə bilməz. Şok əleyhinə xüsusi dərmanları da həkim tətbiq edə bilər".

Vaqif Qarayev vurğuladı ki, əgər xəstədə şok baş veribsə və yanında həkim yoxdursa, onun həyatını xilas etmək mümkünsüzdür:

"Antibiotikdən yaranan şoka anafilaktik şok deyirlər, dərman anafilaktik şoku. Buna ildırımvari şok da deyirlər. Tibbdə "iynədə şok" ifadəsi var. Xəstənin hansısa dərmana allergiyası varsa, həkim o dərmanı şprisə yığanda artıq xəstə şoka düşür. Ya da iynə qorxusundan şoka düşür. Bir neçə dəqiqə ərzində xəstənin arterial təzyiqi sıfıra düşür. Əgər həmin dəqiqə yanında həkim varsa, onun əlinin altında şok əleyhinə preparatlar varsa, o zaman xəstə bəlkə şokdan çıxa bilər. Əks halda, şokdan çıxmayacaq. Bu baxımdan hər yerdə tələb var ki, antibiotiklərin inyeksion forması professional şəkildə, həkim nəzarəti altında vurulmalıdır. Amma indi sirop şəklində antibiotiklər də var. Bunu da həkim təyin etməlidir. Türkiyədə həkim resepti olmadan antibiotik satılmır. Bu təcrübənin ölkəmizdə də tətbiq olunmasını istərdim".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri