Icma.az
close
up
RU
Peyvənddən imtina edən valideynlərə pediatrdan xəbərdarlıq

Peyvənddən imtina edən valideynlərə pediatrdan xəbərdarlıq

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar uşaqlar arasında suçiçəyi və qızılca halları daha çox müşahidə olunur. Xüsusilə məktəb və bağçalarda yoluxma hallarının artdığı bildirilir. Həkimlər qeyd edirlər ki, bu xəstəliklər hava-damcı yolu ilə sürətlə yayıldığı üçün kollektiv mühitdə yoluxma riski daha yüksək olur. Valideynlər arasında da uşaqların sağlamlığı ilə bağlı narahatlıq artıb. 
Bəs bu xəstəliklərin yayılmasının əsas səbəbi nədir və valideynlər uşaqları qorumaq üçün hansı addımları atmalıdır?
Pediatr Qoşqar İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, hazırda yoluxucu xəstəliklərin yayılmasının əsas səbəblərindən biri uşaqların peyvəndlərinin vaxtında olunmamasıdır:
“Xüsusilə qızılca və suçiçəyi kimi sürətlə yayılan infeksiyalar immuniteti zəif olan uşaqlar üçün ciddi risk yaradır. Valideynlərin peyvənd təqviminə laqeyd yanaşması xəstəliklərin yenidən geniş yayılmasına səbəb olur. Bununla yanaşı, xəstə uşaqların bağça, məktəb və digər qapalı məkanlara göndərilməsi də yoluxma riskini artıran əsas amillərdəndir.
Qapalı mühitdə uşaqların bir-biri ilə sıx təmasda olması virusların qısa müddətdə yayılmasına şərait yaradır. Xəstəlik əlamətləri olan uşaqlar sağalana qədər kollektivdən uzaq saxlanılmalıdır. Valideynlər uşaqların gigiyena qaydalarına əməl etməlidirlər. Bununla yanaşı immuniteti gücləndirən qidalanmaya diqqət ayırmaq lazımdır”.
Valideynlər bəzən yüngül qızdırma və ya öskürək əlamətlərinə adi soyuqdəymə kimi baxaraq övladlarını dərslərdən saxlamırlar. Lakin həm qızılca, həm də suçiçəyi səpkilər görünməzdən bir neçə gün əvvəl belə yüksək yoluxduruculuq qabiliyyətinə malik olur. Bu da bir uşağın qısa müddətdə bütün sinfi yoluxdurması deməkdir.
Mütəxəssis vurğulayır ki, mövcud riskləri minimuma endirmək üçün ilk növbədə peyvənd rejimi bərpa olunmalı və uşaqların immun statusu gücləndirilməlidir. Bundan əlavə, məktəb və bağçalarda dezinfeksiya işlərinin mütəmadi aparılması, otaqların tez-tez havalandırılması vacibdir. Valideynlər uşaqlara əl yuma vərdişlərini, asqırarkən və öskürərkən kağız dəsmaldan istifadə etməyi aşılamalıdırlar. Hər hansı bir şübhəli simptom müşahidə edildikdə isə uşaq dərhal təcriddən keçirilməli və həkim nəzarətinə götürülməlidir.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2026 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri