Icma.az
close
up
RU
Uşaqları erkən yaşda bağçaya göndərmək olmaz Deputatdan ETİRAZ

Uşaqları erkən yaşda bağçaya göndərmək olmaz Deputatdan ETİRAZ

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Erkən yaşda uşaqların bağçalara göndərilməsi düzgün deyil.

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində deputat Fatma Yıldırım deyib.

Deputat bildirib ki, uşağın ilk 3 ili onun emosional, psixoloji və nevroloji inkişafı baxımından ən vacib dövrdür:

“Bu dövrdə körpənin əsas ehtiyacı oyuncaq deyil, ana qucağı, sevgi və sabitlikdir. Bu yaşda ana ilə emosional bağın qurulması, təhlükəsizlik hissi və sabitlik uşağın gələcək psixoloji sağlamlığı üçün əsasdır. Erkən yaşda bağçaya göndərilən uşaqlarda stress hormonlarının (kortizol) səviyyəsinin artması müşahidə olunmuşdur ki, bu da uzunmüddətli emosional və davranış problemlərinə səbəb ola bilər. Təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə, körpələr səs-küylü, yad mühitə düşür və bu, onların daxili stressini artırır. Beynəlxalq təcrübədə bu məsələyə xüsusi diqqət yetirilir. Bir çox ölkələrdə 3 yaşdan əvvəl bağçaya keçid mərhələli olur, uyğunlaşma proqramları tətbiq edilir. Məsələn, İsveçdə "inskolning" adlı mərhələli uyğunlaşma prosesi tətbiq olunur. Valideynlərə övladlarının bağçaya adaptasiyası üçün valideynə iş yerindən qanuni icazə tətbiq olunur. Avstraliyada "National Quality Framework" çərçivəsində erkən uşaq baxımı və təhsili üçün milli standartlar müəyyən edilib. 0–3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik iş rejimi, qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələri qanunla tənzimlənərək tətbiq olunma mexanizmlərinə baxıla bilər. Ev əsaslı baxım dəstəklənməli, dayə və ailə yardım proqramları gücləndirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 İyun 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri