Icma.az
close
up
RU
“Uşaqları etiraz alətinə çevirmək olmaz“ Osman Gündüz

“Uşaqları etiraz alətinə çevirmək olmaz“ Osman Gündüz

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Təsəvvür etməzdim ki, ölkəmizdə dini icmaların təsiri bu dərəcədə güclənib. Görünür, hökumətdə də bununla bağlı ətraflı məlumatlar olub".

Moderator.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun fikirlərini olduğu kimi nəzərinizə çatdırırırq:

"Yayılan videolar, bəzi məktəblərin qarşısında səsləndirilən şüarlar və nümayiş etdirilən plakatlar, zorakı hərəkətlər təşkilatlanmanın kifayət qədər güclü olduğunu göstərir. Xarici təsirləri də istisna etmirəm.

Məktəblərə və müəllimlərə hücumlar, qanunsuz çağırışlar və hərəkətlər, maşınları yandırmaq ciddi məsuliyyət yaradr.

Xatırlatmaq istərdim ki, məktəb ictimai məkan və qorunan ərazidir. Məktəblərin demək olar ki, hamısı müşahidə kameraları ilə təchiz olunub. Orada baş verənlərin aidiyyəti qurumların nəzarətindən kənarda qaldığını düşünmək sadəlövhlük olardı.

Uşaqları etiraz vasitəsinə çevirmək, məktəb qaydalarını dinə qarşı, dini dəyərlərə qarşı mübarizə kimi təqdim etmək yolverilməzdir. Buna görə də emosiyalara qapılaraq qanunsuz hərəkətlərə yol verənləri atdıqları addımların məsuliyyətini dərk etməyə çağırıram. Çox vaxt aranı qarışdıranlar kənarda qalır, nəticələrin ağırlığını isə sadə insanlar, kasıb-kusublar çəkirlər.

Valideynlərə müraciət edirəm ki, uşaqları etiraz vasitəsinə çevirmək əvəzinə, onların bilik və bacarıq qazanmasına diqqət yetirmək daha faydalı olardı.

Bir neçə məktəb qarşısında səsləndirilən şüarların mahiyyətinə və onu səsləndirənlərə, direktorlara və müəllimlərə hədə-qorxu gələnlərə, geyim məsələsinə görə yandırılan maşına baxıram. Səmimi olaraq qeyd edim ki, mən bu dərəcədə gözləmirdim.

Fikrimcə, dövlətin dünyəvi əsaslarını qorumaq üçün xarici dini cərəyanların ölkəmizdəki proseslərə bu dərcədə müdaxiləsinə yol verilməməlidir. Ölkənin xarici təsirlərin genişlənməsi üçün meydana çevrilməsinə imkan vermək olmaz.

Əminəm ki, cəmiyyətimiz də məktəbin dini qarşıdurma yerinə çevrilməsinə cəhdlər olunduğunun fərqindədir. Ümid edirəm, hökumət qanuna zidd hərəkətlərin qarşısını alacaq, təqsirkarlar cəzalandırılacaq və qayda-qanunu bərpa edəcək.

Eyni zamanda, bəlkə də yeri deyil, amma ümid edirəm hökumət də dini icmaların təsirinin bu dərəcədə güclənməsinin səbəblərinin fərqindədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri