“Uşaqları telefon asılılığından qorumaq vacibdir”
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“TikTok-dan çox istifadə uşaqların diqqətinə və dərsə marağına təsir edir. Uşaqlar qısa videolara baxmağa alışdıqda uzun müddət bir işə diqqət yetirməkdə çətinlik çəkə bilərlər”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib.
“Məktəbdə bu şəbəkəyə çıxışın məhdudlaşdırılması onların diqqətini dərsə yönəltməyə kömək edə bilər. Ancaq bu addım uşaqların bütün problemlərini həll etmir. Çünki onlar evdə də telefondan çox istifadə edə bilərlər”,-deyə psixoloq əlavə edib.
O əlavə edib ki, valideynlər uşaqların telefonla keçirdiyi vaxta nəzarət etməlidirlər.
“Eyni zamanda, uşaqlarla bu məhdudiyyətin səbəbi haqqında danışmaq vacibdir. Onlara qadağanın cəza deyil, faydalı vərdişlər qazanmaq üçün olduğu başa salınmalıdır. Əsas məqsəd uşaqların telefon və sosial şəbəkələrdən düzgün istifadə etməyi öyrənməsidir”.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Oktyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















