Icma.az
close
up
RU
Uşaqları sosial şəbəkə asılılığından necə qorumaq olar?

Uşaqları sosial şəbəkə asılılığından necə qorumaq olar?

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Utrext Universitetinin yeni araşdırması göstərib ki, yeniyetmələrdə internet asılılığı beynə zərər verir, amma bunun qarşısını almaq mümkündür.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, araşdırmalar təsdiqləyir ki, gənclərin sosial şəbəkələrdən asılılığı geniş yayılmış problemdir və beynin inkişafına ciddi təsir göstərə bilər. Lakin Utrext Universitetinin alimlərinin yeni kəşfi valideynlər üçün sadə, amma təsirli bir qaydanı üzə çıxarıb: bu qayda asılılığın qarşısını xeyli dərəcədə ala bilir.

Asılılıq özünüidarəyə ziyan vurur

Məsələ kifayət qədər geniş yayılıb. Kembric Universitetinin 2024-cü ildə keçirdiyi sorğuda 19 min gəncdən 57 faiz qız və 37 faiz oğlan özlərində “lentləri fasiləsiz sürüşdürmə” vərdişini etiraf ediblər. Daha da narahatedici məqam odur ki, beyin skanları göstərib: internet asılılığı yeniyetmələrdə özünüidarə, düşüncə çevikliyi, yaddaş və problemləri həll etmə bacarığına cavabdeh beyin sahələrinə zərər vura bilər.

Tənqidi yaş: 12 yaşa qədər

Valideyn nəzarəti əsas faktor sayılsa da, Utrext Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, bu nəzarətin effektivliyi onun tətbiq olunma vaxtından birbaşa asılıdır. Alimlər 315 yeniyetmə və onların valideynlərinin məlumatlarını təhlil edərək sosial şəbəkələrdən istifadəyə dair qaydalarla asılılıq səviyyəsi arasında əlaqəni araşdırıblar: risk yalnız o halda azalır ki, valideynlər məhdudiyyətləri uşaqlar 12 yaşına çatmamış tətbiq etsinlər.

Gecikmiş məhdudiyyətlər faydasız ola bilər

Tədqiqatçılar nəticəyə gəliblər ki, qaydalar problemin artıq mövcud olduğu hallarda yox, yalnız qarşısının alınmasında işləyir.

12-15 yaş arasında tətbiq olunan məhdudiyyətlər asılılıq səviyyəsinə ciddi təsir göstərməyib. 15 yaşdan sonra sosial şəbəkələrə nəzarəti gücləndirmək cəhdləri isə əksinə, asılılıq riskini artırıb. Bu, çox güman ki, müstəqillik ehtiyacının artması və qaydaları pozmaq istəyilə bağlıdır.

Beləliklə, problem artıq yaranıbsa, qaydaların təsiri məhduddur. Əsas qayda isə sadədir: məhdudiyyətlər zərərli vərdişlər formalaşmamışdan əvvəl yəni 12 yaşına qədər tətbiq olunmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri