Icma.az
close
up
RU
Uşaqları TikTok”un pəncəsindən necə xilas etməli? Çıxış yolu

Uşaqları TikTok”un pəncəsindən necə xilas etməli? Çıxış yolu

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyada valideynlər, məktəblər məhkəməyə müraciət edir, Azərbaycanda isə...

Son illər dünyada geniş yayılan TikTok “fırtına”sı uşaqlardan da yan keçməyib. Hazırda yaş məhdudiyyəti olmadığı üçün uşaqlar rahat şəkildə bu sosial şəbəkədə özünə hesab açır, arzuladıqları kontentə rahatlıqla baxa bilirlər. Uşağına nəzarət edə bilən valideynlər bunun qarşısını alır. Edə bilməyənlər isə onları ciddi təhlükənin ortasına buraxmış olur.

Amma dünya ölkələrində buna qarşı mübarizə pik həddə çatıb. Pakistan vətəndaşı əxlaqsız kontent səbəbindən TikTok-a qarşı məhkəmə iddiası qaldırıb. İddiada sosial şəbəkənin İslamın hökmlərinə və Pakistan mədəniyyətinə zidd olan siyasət yeritdiyi bildirilib. Xüsusən də TikTok tərəfindən LGBT-nin təbliğinin mill-mənəvi dəyərlərə əks olduğu qeyd edilib.

Pakistan məhkəməsi ölkədə TikTok sosial şəbəkəsinin iyulun 8-dək qadağan olunması barədə qərar çıxarıb. Bundan öncə ötən ilin oktyabrında  TikTok-a qarşı Pakistan Telekommunikasiya Agentliyi tərəfindən də “əxlaqsız kontent” səbəbilə müvəqqəti qadağa tətbiq olunmuşdu. Pakistandan qabaq isə 2020-ci il martın 11-dən aprelin 1-dək adıçəkilən şəbəkə Hindistan məhkəməsi tərəfindən qadağan edilmişdi.

Avropa Komissiyası yetkinlik yaşına çatmayanlar üçün risklə bağlı narahatlıqlar səbəbi ilə yeni rəqəmsal xidmətlər qanunu çərçivəsində yaxın həftələrdə TikTok sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayacaq. Bundan əvvəl Estoniya teleqram mesencerinə dair tənzimləməni gücləndirmək üçün Avropa Komissiyasına təkliflər göndərib.

Bundan başqa, Çin hökuməti uşaq və yeniyetmələrin TikTok-a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var. Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada  TikTok-a ancaq xüsusi “VPN” vasitəsilə daxil olmaq mümkündür.

TikTok yetkinlik yaşına çatmayan uşaqların proqramdan istifadəsinin qarşısını ala bilmədiyinə və onların məlumatlarından sui-istifadə etməsinə görə İngiltərədə təxminən 16 milyon dollar cərimələnib. İnformasiya Komissarlığı İdarəsi bildirib ki, 13 yaşından kiçik 1,4 milyon britaniyalı uşaq TikTok-un yaş həddini aşaraq proqramdan istifadə edə bilib. “Uşaqlarımızın fiziki dünyada olduğu kimi rəqəmsal dünyada da təhlükəsiz olmasını təmin etmək üçün qanunlar mövcuddur. TikTok bu qanunlara əməl etməyib”, - deyə Böyük Britaniyanın informasiya komissarı Con Edvards açıqlamasında qeyd edib.

TikTok isə iddiaları rədd edərək bildirib: “Biz 13 yaşdan kiçikləri platformadan uzaq tutmaq üçün böyük sərmayələr qoyuruq və 40 000 nəfərlik təhlükəsizlik komandamız platformanı cəmiyyətimiz üçün təhlükəsiz saxlamaq üçün gecə-gündüz işləyir”.

Bəs Azərbaycanda bunun qarşısını almaq üçün nələr edilə bilər?

Ölkəmizdə uşaqların qorunması ilə bağlı qanunvericilik var. Son illərdə qəbul olunan qanunlardan biri də uşaqların zərərli informasiyalardan qorunmasıdır. Həmin qanunun müddəalarına görə, TikTok uşaqların istifadəsi üçün məhdudlaşdırılmalıdır. Yəni TikTok-da uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yola açacaq kifayət qədər informasiyalar var.

Dünyada bununla bağlı birmənalı fikir yoxdur. Məsələn, Avropa Çempionatı keçirilir və onun baş sponsoru TikTok-dur. Bunun səbəbi ondadır ki, inkişaf etmiş ölkələrin əksəriyyətində uşaqların internetdə təhlükəsizliyinin qorunması üçün yetərincə addımlar atılıb, mexanizmlər müəyyən olunub. İnkişaf etmiş ölkələrin əksəriyyəti uşaqların internetdən istifadədə olan problemləri 5-10 il öncə hökumət, provayderlər, vətəndaş cəmiyyəti, valideynlər, uşaq təşkilatları, təhsil sahəsi birləşib həll ediblər. Buna görə də həmin ölkələrdə TikTok o qədər də təhlükə törətmir.

Ekspertlər hesab edir ki, TikTok-dan tamamilə imtina etmək doğru deyil. Bəzi valideyinlərin rəqəmsal savadlılığı yetərli olmadığı üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, valideyn qurumları birləşib bu məsələni həll etməlidirlər. Elə təşkilat, qurumlar var ki, onlar TikTok-dan istifadə edib pullar qazanır. Bu, biznes sektoru üçün anlaşılandır. Təbii ki, TikTok-u kökündən baltalamaq da düzgün addım deyil. Eyni zamanda digər sosial şəbəkələrdə də uşaqlarla bağlı təhlükəsizlik qorunmur. Amma onlar TikTok sosial platforması qədər populyar deyil. Aidiyyəti qurumlar öncə TikTok barədə addımlar atsa, daha yaxşı olar.

Qanunvericilik bazasının müddəalarına görə, TikTok uşaqlar üçün qadağan olunmalıdır. Yəni TikTok-da uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yola açacaq kifayət qədər informasiyalar var.

İnkişaf etmiş ölkələrin əksəriyyətində uşaqların internetdə təhlükəsizliyinin qorunması üçün yetərincə addımlar atılıb, mexanizmlər müəyyən olunub. İnkişaf etmiş ölkələrin əksəriyyəti uşaqların internetdən istifadə ilə bağlı problemləri 5-10 il öncə hökumət, provayderlər, vətəndaş cəmiyyəti, valideynlər, uşaq təşkilatları, təhsil sahəsi birləşib həll edib. Buna görə də həmin ölkələrdə TikTok o qədər də təhlükə törətmir. Azərbaycanda isə hələ bu problemlər indi işıqlandırılır.

Bir nüansı qeyd etmək olar ki, biz bu problemi təhsildə həll etmişik. Necə Avropa bu problemi cəmiyyətdə həll edibsə, biz də təhsildə həll etmişik. Bütün təhsil sektoruna gedən internet xüsusi proqram təminatı ilə süzgəcdən keçirilir.

Psixoloqlar isə deyir ki, TikTok videoları uşaqları zorakılıq, söyüş, bayağı ifadələr, cinsəllik, cinsi və psixi istismar və s. kimi yollara sürükləyə bilir. Uşaqlar bu cür videoları çox rahatlıqla çəkib paylaşa bilirlər. İstifadəçilərin məxfi kimlik bilgilərini ələ keçirmək bu proqramda daha asandır. Uşaq və yeniyetmələrimiz bir tərəfdən də bu yolla təhlükəli, psixopat insanların təsirinə məruz qala bilərlər.

Amma bundan çıxış yolları da var. Ekspertlər hesab edir ki, valideynlər bu proqramların müxtəlif filtrləmə, istifadəni məhdudlaşdırma funksiyalarını öyrənib onları aktiv etsələr, daha yaxşı olar. Ən yaxşı versiyalardan biri kimi uşaqlarla birlikdə bu proqramlardan istifadə etməkdir. Birlikdə videolar çəkmək, şəkillər hazırlamaq və s. faydalı olar. Bu yolla onları nəzarətdə saxlamaq daha rahat olacaq. Mütləq uşağın internetdən, telefondan, xüsusən sosial şəbəkələrdən istifadəsinə müəyyən saat aralığında icazə verilməlidir. Bunu isə öncədən uşaqla uyğun bir dillə danışmaq lazımdır./Musavat.com


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri