Icma.az
close
up
RU
Uşaqların ən çox işlədildiyi, istismar olunduğu ÖLKƏLƏR

Uşaqların ən çox işlədildiyi, istismar olunduğu ÖLKƏLƏR

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün dünyada Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü qeyd olunur. 

Sfera.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT/ILO) təşəbbüsü ilə hər il qeyd edilən bu tarix uşaqların əməyə cəlb olunmasına qarşı mübarizəyə diqqət çəkməyi hədəfləyir. 

Məqsəd uşaqların fiziki və psixoloji sağlamlığına təhlükə yaradan əmək növlərinə qarşı ictimaiyyətdə həssaslıq yaratmaq və qlobal çağırış etməkdir.

BMT-nin məlumatına görə, dünyada 160 milyondan çox uşaq istismara məruz qalaraq əmək fəaliyyətinə cəlb olunur. Onların əksəriyyəti ağır şəraitdə, hüquqları pozularaq çalışdırılır. Xüsusilə də, kənd təsərrüfatı, mədənçilik, sənaye və məişət sahələrində, həmçinin zorla diləndirilmə, insan alveri və cinsi istismar kimi hallarda uşaqların hüquqları kobud şəkildə pozulur.


Son rəqəmlərə əsasən, əmək fəaliyyətində iştirak edən uşaqlardan 54 milyon-u təhlükəli işlərlə məşğuldur.  Əməyin təxminən 70%-i kənd təsərrüfatında baş verir.

Uşaq əməyinin ən çox istismar olunduğu ölkələr isə aşağıdakılardır:

Cənubi Sahara ölkələri


Bu region, dünyada uşaq əməyinin ən yüksək səviyyədə olduğu ərazidir. Təsdiqlənmiş məlumatlara görə, burada 87 milyondan çox uşaq müxtəlif sahələrdə işlədilir. Əsasən kənd təsərrüfatı, maldarlıq, odun yığımı və mədən sənayesi sahələrində çalışdırılırlar. Həddindən artıq yoxsulluq, təhsilə çıxışın məhdudluğu və erkən yaşda əmək mədəniyyəti bu vəziyyəti daha da dərinləşdirir.

Cənubi Asiya (Hindistan, Banqladeş, Nepal və s.)


Cənubi Asiyada uşaq əməyinin istismarı əsasən toxuculuq, tikinti, xidmət sektoru və ev işləri sahəsində geniş yayılıb. Regionda uşaq əməkçi sayının təxminən 26 milyon olduğu bildirilir. Uşaqlar çox zaman gündəlik 10-12 saat işlədilir, əksəriyyəti isə məktəbə getmir.

Yaxın Şərq və Şimali Afrika


Bu regionda uşaqların əməyi əsasən küçə ticarəti, su satışı, avtomobil təmizliyi və dilənçilik kimi qeyri-rəsmi işlərdə istifadə olunur. Qaçqın böhranı (xüsusilə Suriya və Yəməndə) bu vəziyyət daha da ağırlaşıb. Təxminən 11 milyon uşaq bu cür istismara məruz qalır.

Latın Amerikası və Karib Hövzəsi


Bu bölgədə uşaqlar daha çox plantasiyalarda, kənd təsərrüfatı sahələrində və şəhər xidmətlərində istismar olunur. Ümumilikdə 8 milyon uşaq uşaq əməyinə cəlb olunub. Bu bölgədə müəyyən qanuni çərçivələr olsa da, qeyri-formal sektorda nəzarətin zəifliyi problem yaradır.

Şərqi Asiya və Sakit Okean Bölgəsi

Bu regionda əsas problem fabriklərdə və kiçik sənaye müəssisələrində çalışan uşaqlardır. Əlavə olaraq, cinsi istismar məqsədilə işlədilən uşaqlar da bu bölgədə ciddi problemdir. Uşaq əməyinin konkret miqdarı ölkədən ölkəyə dəyişsə də, vəziyyətin xüsusilə kənd yerlərində ağır olduğu bildirilir.


Konqo Demokratik Respublikasında mədən sənayesində uşaq əməyindən geniş istifadə olunur, Hindistanda milyonlarla uşaq kənd təsərrüfatında və ev işlərində çalışır, Banqladeş də tekstil fabriklərində azyaşlı işçilərin istismarı davam edir, Pakistanda kərpic zavodlarında və kilim toxuma sənayesində uşaq əməyinə rast gəlinir.

Həmçinin, Əfqanıstan və Yəməndə münaqişə zonalarında uşaqlar həm əsgər, həm daşıyıcı, həm də müxtəlif zorakı işlərə məcbur edilir. Nigeriyada isə diləndirilmə və insan alverinə cəlb olunan uşaqların sayı artmaqdadır.

Mütəxəssislər bildirir ki, uşaq əməyinin qarşısını almaq üçün ilk növbədə yoxsulluğun azaldılması, təhsilin əlçatan və keyfiyyətli olması, sosial müdafiə sistemlərinin gücləndirilməsi zəruridir.

Azərbaycan da bu istiqamətdə müxtəlif proqram və layihələr həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və qeyri-hökumət təşkilatları tərəfindən uşaq hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər davam etdirilir. Ekspertlər bu günün yalnız təbliğat xarakterli deyil, həm də konkret addımların atılmasına çağırış olduğunu vurğulayırlar.

Xatırladaq ki, uşaq əməyinə qarşı effektiv mübarizə – gələcəyin sağlam və savadlı cəmiyyətinin əsas şərtidir.

Firuzə Əliyeva
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 İyun 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri