Icma.az
close
up
RU
Azərbaycanlıların ən çox və ən az deportasiya olunduğu ölkələr SİYAHI

Azərbaycanlıların ən çox və ən az deportasiya olunduğu ölkələr SİYAHI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son on il ərzində Avropa İttifaqı ölkələrindən deportasiya olunan Azərbaycan vətəndaşlarının statistikası diqqətçəkən dinamika nümayiş etdirir. Rəqəmlər göstərir ki, 2015 - 2024-cü illər ərzində Avropa İttifaqı ölkələrindən ümumilikdə 13 460 nəfər azərbaycanlı deportasiya olunub. 

Modern.az "Eurostat"dan əldə etdiyi məlumata əsasən, azərbaycanlıların ən çox və ən az deportasiya olunduğu Avropa İttifaqı ölkələrini təqdim edir.
Ən çox və ən az deportasiya edilən illər
Araşdırmanın nəticələrinə əsasən, ən yüksək deportasiya 2017-ci ildə qeydə alınıb. Həmin il Avropa ölkələri ümumilikdə 2005 nəfər azərbaycanlını deportasiya edib. Ən az deportasiya isə 2021-ci ildə baş verib, həmin il ümumilikdə 930 nəfər həmvətənimiz deportasiya olunub. 10 ildə isə ortalama olaraq hər il 1346 azərbaycanlı bu ölkələrdən deportasiya olunub. 
İllər üzrə ən çox və ən az deportasiya həyata keçirən ölkələr
Hər il üzrə aparılan təhlil göstərir ki, ən çox deportasiya həyata keçirən ölkələr əsasən Almaniya, Fransa və İsveç olub.
2015-ci ildə ən çox deportasiya Almaniya tərəfindən həyata keçirilib. 135 nəfərlə Almaniya ümumi deportasiyaların 13,3%-ni təşkil edib. Ən az deportasiya isə Polşa və Litvada qeydə alınıb. Hər biri üzrə deportasiya edilən azərbaycanlıların sayı 20 nəfər olub.
2016-cı ildə də lider Almaniya olub, ən az göstərici isə Polşadadır. Həmin il Almaniyadan 315 nəfər, Polşadan isə 25 nəfər azərbaycanlı deportasiya edilib.
2017-ci il “rekordlar ili” adlandırıla bilər. Almaniya bu dəfə deportasiya statistikasında tam üstünlük nümayiş etdirib. 1305 nəfər azərbaycanlını ölkədən göndərərək bütün deportasiyaların 65,1 faizinə imza atıb. Litvada isə bu göstərici 35 nəfər olub. 
2018-ci ildə də Almaniya yenə lider olub, həmin il 840 nəfər azərbaycanlı bu ölkədən deportasiya olunub. 55 nəfər azərbaycanlını deportasiya etməklə Polşa ən az göstəriciyə sahb olub. 
2019-cu ildə deportasiya saylarında eniş müşahidə olunsa da, Almaniya liderliyi əldən verməyib. Həmin ildə bu ölkədən 585 azərbaycanlı deportasiya edilib. Litvada isə vəziyyət dəyişməyib. 30 nəfərlik deportasiya ilə bu ölkə bir daha statistikada ən sonda gəlib. 
2020-ci il pandemiya səbəbindən sərhədlərin bağlandığı və insanların hərəkətinin məhdudlaşdığı dövr kimi yadda qalıb. Həmin ildə Almaniyada 320 nəfər azərbaycanlı ölkədən çıxarılıb. Polşa isə pandemiyanın fonunda da dəyişməyib, yenə 30 nəfər azərbaycanlı ölkədən deportasiya edilib.
2021-ci ildə Almaniyanı geridə qoyaraq Fransa önə çıxıb, bir il ərzində bu ölkədən 235 nəfər azərbaycanlı deportasiya edilib. Həmin il ən az göstərici 30 nəfər olmaqla Polşada qeydə alınıb. 
2022-ci ildə Almaniyadan 300 nəfər azərbaycanlı deportasiya edilib, bu dəfə də o, ilk sırada qərarlaşıb. Niderland isə deportasiya statistikasında 50 nəfər azərbaycanlı ilə son sırada gəlib.
2023-cü il konkret ölkə deyil, müxtəlif ölkələri əhatə edən qrup statistikanın zirvəsinə yüksəlib. Həmin il ümumilikdə 1445 nəfər azərbaycanlı deportasiya edilib. Ən az deportasiya isə 75 nəfərlə Niderlandın payına düşüb.
2024-cü ildə isə yenidən Almaniya ən çox deportasiyanı reallaşdıran ölkə olub. Bu ölkədən bir il ərzində 500 nəfər azərbaycanlı çıxarılıb. Ötən il ən az azərbaycanlının deportasiya edildiyi ölkə 85 nəfərlə Niderland olub. 
Bütün dövrlərdə Almaniyanın deportasiya sayında üstünlük təşkil etdiyi aydın görünür. İsveç, Niderland və Polşa daha az sayla fərqlənsə də, deportasiya siyasətində iştirakçı ölkələr sırasındadır.
Azərbaycanlıların deportasiya olunma səbəbləri
Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrindən deportasiyasına səbəb olan əsas hallar bunlardır:
Miqrasiya qanunvericiliyinin pozulması: viza müddətinin bitməsi, yaşayış icazəsinin olmaması və ya digər icazəsiz qalma halları;
Sığınacaq müraciətlərinin rədd edilməsi: qanunsuz mühacirət və ya sığınacaq üçün əsasların olmaması;
Cinayət törətmək və ya ictimai təhlükə yaratmaq: bu halda deportasiya qərarı məhkəmə və ya müvafiq qurumların qərarı ilə verilir;
Qanunsuz əmək fəaliyyəti: iş icazəsi olmadan işləmək və əmək bazarını pozmaq halları.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

El Klassiko 2026: Real Madrid — Barcelona oyununu Azərbaycanda necə izləmək olar?

09 May 2026 16:25see740

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see191

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see178

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see171

Co Koul: “Çelsi”nin xilası Mourinyonun əlindədir”

09 May 2026 16:36see166

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see162

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see161

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see161

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see160

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see160

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see157

Çində ağaclara sistem qoşulur VİDEO

09 May 2026 15:46see157

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see156

Corcia Meloninin Azərbaycana səfərindən eksklüziv kadrlar

09 May 2026 14:19see152

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see152

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see151

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see151

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see150

Hantavirus yeni COVID 19 dur? ÜST direktoru AÇIQLADI

09 May 2026 16:44see150

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri