Icma.az
close
up
RU
Uşaqların gec danışmasının səbəbləri

Uşaqların gec danışmasının səbəbləri

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Danışmaq, ünsiyyət qurmaq sosial həyatda çox vacib rol oynayır. Səlis danışıq, aydın tələffüs hər zaman xoş qarşılanır.

Nitqin formalaşması körpəlikdən - altı ayından müəyyən səslər çıxarmaq, bir yaşında sadə sözləri tələffüz etmək, yaş yarımdan isə sərbəst cümlə qurmaqla inkişaf edir. Körpələrin dil açıb danışması valideynləri tərəfindən böyük sevinclə qarşılanır. Ancaq təəssüf ki, bəzi valideynlər dil açmaq ərəfəsində olan uşaqlarının sadəcə susub baxmasını izləyirlər.

Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova AZƏRTAC-a verdiyi məlumata görə, uşaqlarda nitq ləngiməsinin səbəbləri müxtəlif ola bilər: “Uşaq gec dil açırsa, valideyn ilk növbədə uşaq nevroloquna müraciət etməlidir. Nitqin ləngiməsi mütəxəssis tərəfindən mümkün qədər araşdırılır. Səbəblər müxtəlif ola bilər: hamiləlik dövründə anada olan hər hansı bir narahatlıq, keçirdiyi xəstəlik və infeksiyalar ana bətnində ikən körpənin inkişafına mənfi təsir göstərir. Belə ki, beyin qabığında olan qırışların sayı azalır, onların arasında olan məsafələr qısalır və bu da uşağın nitqində dominant olaraq rol oynayır. Doğuş zamanı hər hansı qansızma, kəllə-beyin travması və ya hansısa digər səbəbdən beynin sol yarımkürəsində narahatlıq yaranması bütöv şəkildə uşağın nitqinə təsir göstərir. Nəticədə uşaqlar vaxtından xeyli gec danışırlar”.

Onun dediyinə görə, müasir dövrdə uşaqların gec danışmasının səbəblərindən biri də onların telefon və planşetlərdən çox istifadə etməsidir: “Uşaq cizgi və digər filmlərə baxaraq, televizor və ya planşet qarşısında qalır və demək olar ki, canlı dialoq görmür, istənilən halda o, yalnız dinləyir. Belə olan halda uşağın danışıq və nitq qabiliyyəti ləngiyir. Valideynlərin uşaqlarla danışmağı və ya az ünsiyyət saxlamağı ağır xəstəliklərə, hətta autizm və mutizmə, yaxud nitqin çox geri qalmasına və bununla əlaqədar olaraq əqli inkişafının da geri qalmasına aparıb çıxara bilər”.

Bəzi ailələr isə uşaqlarının gec dil açmasını genetik amillərlə əlaqələndirirlər. Lakin onların danışmamasının səbəbi adətən beyində zədə, yaxud da eşitmə problemləri ilə əlaqədar olur. “Dərman preparatları ilə yanaşı həkim-loqopedin də hər uşaq üçün fərdi ağız, dil, xüsusi alətləri olur ki, onunla masaj edirlər. 20 gün davam edən həmin seanslarda daha çox səmərə əldə etmək olur. Bəzən elə hallar olur ki, həmin müalicə kursu bir az da uzanır. Nitq probleminə aparıb çıxaran patogenik səbəblərdən biri də uşaqla-valideyn arasında ünsiyyət əlaqəsinin olmaması və ya zəifliyidir. Məsələn, ana hansısa əşyanı uşağa verərkən adını soruşmur və yaxud sözlə ifadəsində ona kömək etmir, istiqamət vermir, sözünə düzəliş etmir”, - deyə həkim-nevropatoloq bildirib.

Problemlərin vaxtında aradan qaldırılması gələcəkdə uşaqlarda komplekslərin yaranmasının da qarşısını ala bilər. Uşaqlar dil açmağa başlayarkən rabitəsiz sözlər desələr də, onları diqqətlə dinləmək, danışmağa həvəsləndirmək lazımdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri