Icma.az
close
up
RU
Uşaqların yalan danışmalarının əsas səbəbləri

Uşaqların yalan danışmalarının əsas səbəbləri

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Uşağa yalan danışmağı qadağa qoymaq, yalan danışdığı üçün döymək, cəzalandırmaq heç bir effekt verməyəcək. Hesab olunur ki, uşaqlar saf olduğundan hər şeyin düzünü deyir. Amma onlar da tez-tez yalan danışırlar. Mütəxəssislər bildirir ki, yalan danışmaq uşağın təxəyyül dünyası ilə bağlı olsa da, psixoloji problemlər üzündən də olur. Valideynlər övladlarının bu cür hərəkətinə görə çox utanırlar. Onlar əksər hallarda uşağın niyə yalan danışdığını başa düşmürlər. Bəzi valideynlər isə uşağın nə vaxt yalan, nə vaxt düz danışdığını anlaya bilmirlər. Səbəbindən asılı olmayaraq, valideynlər uşaqların yalan danışmağına mənfi baxırlar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirib.
Psixoloqun sözlərinə görə, övladına diqqətli olan valideyn uşağın hər cür yalan danışmaqdan tərgitməyə çalışır. Elə də olur ki, valideyn hər cür üsula əl atsa da, uşaq yenə də yalan danışır. Elə təəssürat yaranır ki, uşaq yalan danışmasa, yaşaya bilmir. Nə cəzalar, nə söhbət uşağın yalan danışmağının qarşısını alır. Uşağa səmimi olmağa kömək etmək üçün nə üçün yalan danışdığını başa düşmək lazımdır. Uşaqlar arasında yalanın ən geniş yayılmış səbəblərindən biri cəzalanmadan qorxmaqdır. Uşaq düzünü dedikdə döyüləcəyindən, cəza alacağından və ya sevgidən məhrum olacağından qorxduğu üçün yalan danışmağa başlayır. Misal üçün, uşaq yeni oyuncağını qırıb. Cəzalanacağından qorxduğu üçün oyuncağı gizlədir. Valideyni ondan oyuncağın harada olduğunu soruşanda isə bilmədiyini deyir. Bu cür hallar valideyni tərəfindən fiziki cəza alan uşaqlarda tez-tez təkrarlanır.
Yalanın digər səbəbi isə valideynlərin ümidini puça çıxarmaq qorxusudur. Məsələn, valideynlər uşağın dərslərinə nəzarət edirlər. Onun dərslərini yaxşı oxumasını, tərbiyəli, ağıllı, bacarıqlı olmasını istəyirlər. Valideynlər uşağa qarşı çox tələbklar olur, onunla qürur duyur, başqaları yanında uşağı tərifləyirlər. Bu zaman uşaq dərslərindən pis qiymət aldıqda valideynə etiraf etməyə qorxur. Ona elə gəlir ki, valideynlərinin istədiyi kimi olmasa, onlar məyus olacaq və ya onu daha əvvəlki kimi sevməyəcəklər. Bu zaman uşaq yalan danışmağa, gündəliyini itirməyə, vərəqlərini cırmağa, dərslərdə başqalarından köçürməyə, başqa biri olmağa çalışır.
Psixoloq qeyd edib ki, uşaqlar diqqətsiz qaldıqları üçün də yalan danışırlar. Onlar daim diqqət istəyirlər, diqqət almadıqda isə bunun heyfini valideynlərdən çıxırlar. Ailədə problemlər varsa, boşanmaq üzrədilərsə, uşaq diqqəti çəkmək üçün yalan danışa bilər. Uşaqlar eyni zamanda valideynlərini təqlid etdikləri üçün də yalan danışırlar. Məsələn, ana xəstə deyil, amma telefonda yalandan deyir ki, xəstədir. Uşaq ananın yalan danışdığını başa düşür. Yalan danışmağın yaxşı bir şey olduğunu düşünməyə başlayır. Valideynlərin yalan danışdığının şahidi olan uşaqlar səmimiyyətin lazım olmadığını fikirləşməyə başlayırlar. Uşaqları yalanlara təhrik edən digər amil isə onların təxəyyülü və lovğalanmaq istəyidir. Balaca uşaqlar real dünyanı uydurma dünyadan ayıra bilmirlər. Balacalar tez-tez ağlasığmaz, fantastik macəralar danışırlar. Onlar özləri də bunun real olduğuna inanırlar. Valideynlər uşağın bu cür davranışını görüb uşağın yalançı kimi böyüyəcəyindən qorxurlar. Uşaqlar öz xeyrinə görə də yalan danışa bilərlər. Məsələn, uşaq dolabını səliqəyə salsa, ana ona şirniyyat verəcək. Amma uşaq dolabını yığışdırdırmır, yalandan gedib anasına yığışdırdığını deyir və konfetini götürüb yeyir. Yalanın üstü açılanda ana çaşqınlıq vəziyyətinə düşür.
Y.Əsgərovanın fikrincə, əgər uşaq cəzalanacağından qorxduğu üçün yalan danışırsa, valideynlər öz davranışını təhlil etməlidirlər. Bəlkə uşağı çox sıxır, çox döyür, ona qarşı çox tələbkardılar. Bəzi valideynlər isə guya uşağı tərbiyə etmək naminə təhqir edirlər. Əgər bu cür davranışlara yol verən valideyn öz hərəkətlərini yenidən nəzərdən keçirsə, dəyişsə, onda uşaq da yalan danışmayacaq. Uşağa az diqqət ayırırsınızsa, uşaq sizdən diqqət gözlədiyi üçün yalan danışırsa, onda ona vaxt ayırın. Bu gün başqa şeylərə sərf etdiyiniz vaxta görə sonra peşman olacaqsız. Uşaq böyüdükcə davranışında problemlər olacaq.
Boş vaxtınız az qalırsa, gecə uşaq yatmazdan əvvəl onunla söhbət etmək üçün 30 dəqiqə vaxt ayırın, uşağa nağıl danışın, birgə kitab oxuyun, onunla maraqlandığınızı göstərin: «Uşağa diqqət ayırsanız onun yalan danışmağa ehtiyacı qalmayacaq» deyən psixoloq əlavə edib ki, valideynlərin özləri yalançıdılarsa, uşaq da dəfələrlə valideynlərin yalan danışdığını görübsə, uşağın yalan danışmağına təəccüblənmək əvəzinə valideyn öz üzərində işləməlidir. Yaxşı olar ki, valideyn düzgün hərəkət etmədiyini boynuna alsın və bir daha yalan danışmayacağını desin. Uşaq da yalan danışmağın pis olduğunu başa düşəcək. Uşağa yalan danışmağı qadağa qoymaq, yalan danışdığı üçün döymək, cəzalandırmaq isə heç bir effekt verməyəcək. Uşaq daha da çox yalan danışmağa başlayacaq. Pis rəftara görə sarsıntı keçirən, diqqətsiz qalan uşaq tez-tez xəstələnəcək və zəifləyəcək", - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyul 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri