Icma.az
close
up
RU
Uşaqların inkişafı təkcə fiziki sağlamlıqla ölçülmür KONKRET

Uşaqların inkişafı təkcə fiziki sağlamlıqla ölçülmür KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Ümumiyyətlə uşaqların inkişafi təkcə yaxşı qidalanması, dərs oxuması və ya fiziki cəhətdən sağlam olması ilə ölçülmür. Hazırkı dövrdə bir uşağın həqiqi inkişafı onun həm bədən sağlamlığının, həm də psixoloji vəziyyətinin paralel şəkildə formalaşması ilə mümkündür. Yorğun, yuxusuz, hərəkətsiz, emosional boşluq içində yaşayan bir uşaq nə qədər yaxşı geyinsə də, nə qədər yaxşı məktəbdə oxusa da, daxilən sağlam formalaşa bilmir.

Bu gün uşaqlar əvvəlki nəsillərdən daha fərqli bir mühitdə böyüyürlər. Onların həyatında rəqəmsal texnologiyalar, telefon, sosial şəbəkələr, sürətli informasiya axını və davamlı müqayisə mühiti var. Bu isə onların həm fiziki, həm də psixoloji inkişafına birbaşa təsir edir. Əgər əvvəllər uşaqlar daha çox həyətə çıxır, qaçır, oynayır, insanlarla canlı ünsiyyət qururdularsa, indi bir çox uşaq gününün böyük hissəsini ekran qarşısında keçirir. Bu vəziyyət həm bədən hərəkətliliyini azaldır, həm də emosional yorğunluq yaradır. Çünki sosial şəbəkələr uşaqlara və yeniyetmələrə həyatın reallığını yox, bəzədilmiş hissəsini göstərir.

Nəticədə onlar özlərini başqaları ilə müqayisə etməyə başlayırlar, özlərini kifayət qədər yaxşı, gözəl, uğurlu və ya dəyərli hiss etmirlər. Bu isə zamanla özgüvən zəifliyi, narahatlıq, emosional gərginlik yaradır”.

Bu fikirləri psixoloq Dilruba Həsənova KONKRET.az-a açıqlamasında səsləndirib:

“Amma məsələ texnologiyanın özündə deyil. Xüsusilə gecə saatlarına qədər telefon istifadəsi, sosial mediaya həddindən artıq bağlanmaq, real münasibətlərdən uzaqlaşmaq uşaq və yeniyetmələrdə emosional boşluq yaradan əsas səbəblər sırasındadır. Bu halda ailə mühiti həlledici rol oynayır. Çünki uşaq ilk davranış modelini məhz ailədə öyrənir. Əgər ailədə sevgi, diqqət, sabitlik, hörmət və s varsa, uşaq xarici mühitin hər hansı təsirlərinə daha dayanıqlı olur. Amma əgər ailədə daimi gərginlik davam edirsə bu uşağın daxilində dərin boşluqlar yaradır. Belə uşaqlar bəzən bunu sözlə ifadə edə bilmirlər, amma davranışları ilə göstərirlər. Onlar ya aqressiv olur, ya özlərinə qapanırlar. Dəyər hissini xaricdən almağa başlayırlar”.

Psixoloq qeyd edir ki,təhsil sistemi də bu inkişaf prosesində çox mühüm rol oynayır.

“Əgər bir uşaq yalnız qiymət almağı, yarışmağı, müqayisə olunmağı və daim nəyisə sübut etməyi öyrənirsə, o zaman o, həyatı inkişaf yeri kimi yox, təzyiq və qiymətləndirilmə sahəsi kimi qavramağa başlayır .

Uşaq təkcə akademik biliklə yox, eyni zamanda emosional savadla, empati və məsuliyyət hissi ilə də böyüməlidir. Əks halda savadlı, amma emosional cəhətdən zəif, intellektual və daxildən kövrək bir nəsil formalaşır.
Sosial çevrə də uşağın kimliyinin formalaşmasına çox ciddi təsir göstərir. Xüsusilə yeniyetməlik dövründə insan üçün “mən kiməm?” sualı çox vaxt “məni başqaları necə görür?” sualına çevrilir. . Dost çevrəsi, qəbul olunmaq ehtiyacı bu dövrdə çox güclü olur. Əgər uşaq sağlam, dəstəkləyici və hörmətli bir çevrədədirsə, bu onun özünə münasibətini müsbət formalaşdırır. Amma alçaldan, lağ edən və süni uğura fokuslanan çevrələr uşağın daxili dəyər hissini sarsıda bilir”.

D.Həsənova vurğulayır ki, bütün bunlara görə valideynlərin və müəllimlərin üzərinə çox ciddi məsuliyyət düşür.

“Uşağa sağlam həyat tərzi öyrətmək yalnız tez yat , telefona baxma , idman et, ders oxu deməklə olmur. Uşaq əvvəlcə bunu yaşamalı, görməli və hiss etməlidir. Valideyn özü bütün gün telefonda olub, uşağa ekran qadağası qoya bilməz. Evdə emosional ünsiyyət yoxdursa, uşağın daxili dünyası ilə maraqlanmadan yalnız qayda qoymaq da nəticə vermir. Uşağın həm fiziki, həm də psixoloji sağlamlığı üçün evdə müəyyən sabitlik olmalıdır. Yuxu saatı, qidalanma, hərəkətlilik, açıq hava, ailə söhbətləri, birgə vaxt keçirmək, ekran balansı — bunların hamısı uşağın sinir sisteminə və daxili təhlükəsizlik hissinə təsir edir. Bununla yanaşı, uşaqlara emosiyaları tanımaq və ifadə etmək də öyrədilməlidir. Çünki bir çox uşaq və yeniyetmə pis davranmır, sadəcə nə hiss etdiyini başa düşmür və onu necə ifadə edəcəyini bilmir. Əsəbi olan, inciyən, qorxan və ya utanan uşaq bunu çox vaxt aqressiya, küsmək, qapanmaq və ya inadkarlıqla göstərir. Ona görə uşaqlara “özünü necə hiss edirsən?”, “səni nə incitdi?”, “bu vəziyyətdə başqa necə reaksiya verə bilərdin?” kimi suallar verilməlidir. Bu, onların emosional dayanıqlığını artırır və öz daxili dünyaları ilə əlaqə qurmağı öyrədir.

Eyni zamanda uşağa dəyərlər sistemi də sadəcə nəsihətlə yox, davranış modeli ile başa salınmalıdır .Uşaq dürüstlüyü, hörməti, mərhəməti, məsuliyyəti, özünü idarə etməyi və münasibət mədəniyyətini valideynin və müəllimin gündəlik davranışında görməlidir. Çünki uşaqlar deyiləni yox, gördüklərini daha dərindən mənimsəyirlər”.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Aprel 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri