Icma.az
close
up
RU
Uşaqların olduğu tədbirlərdə cinsi azlıqlarla bağlı təbliğat aparılmamalıdır

Uşaqların olduğu tədbirlərdə cinsi azlıqlarla bağlı təbliğat aparılmamalıdır

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Cinsi azlıqlar bizim aramızda var və biz bunu inkar edə bilmərik. Məlumat mənbələrinə əsasən deyə bilərik ki, cinsi azlıqlar məsələsində söhbət seçimdən getmir, bu, insanın cinsi yönümüdür.Bu mövzuda müxtəlif yanaşmalar var. Bəzi insanlar doğrudan da bu yönümə sahib olmasa da, müəyyən dövrlərdə maraq və ya meyil göstərə bilərlər. Əlbəttə, burada psixoloji cəhətdən daha həssas olan insanlar da olur. Məncə, ən önəmli məsələ təbliğatdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.
"İstənilən mövzuda, xüsusən də cinsi azlıqlarla bağlı tədqiqatlar aparıla bilər, müzakirələr gedə bilər, amma burada diqqət mərkəzində təbliğatın səviyyəsi olmalıdır. Əgər hansısa cinsi azlıq bu sahədə uğur qazanıbsa, biz onu qınamamalıyıq. Əsas məsələ ondadır ki, bu insanların hansı sahələrdə işləyə bildiklərini və onların əmək hüquqlarının necə təmin olunduğunu araşdıraq.
Çox zaman bu insanlar seks işçiliyi ilə məşğul olurlar. Amma onlardan əlavə, ali təhsilli, müxtəlif peşələrdə çalışan, sadəcə halal yolla pul qazanmaq istəyən şəxslər də var. Biz onlara bərabər imkanlar yaratmalıyıq. Lakin bunu edərkən təbliğatın qarşısını almaq üçün xüsusilə məktəblərdə diqqətli olmaq lazımdır".
O bildirib ki, məktəblər elə bir yerdir ki, orada yeniyetmələr, yəni hələ cinsi kimliyini tam formalaşdırmayan uşaqlar olur:
"Buna görə də, bu yaş qrupuna yönəlik təbliğat aparılması düzgün deyil. Belə hallarda həmin şəxslərin məktəb mühitinə çıxarılması əvəzinə, onları başqa sahələrə yönləndirmək daha məqsədəuyğundur.
Məsələn, müəyyən yaşa çatmış, psixoloji baxımdan bu mövzunu dərk edə bilən insanlarla işləmək daha doğru olar. Amma məktəblərdə bu məsələyə xüsusi diqqət yetirilməlidir. Çünki uşaqların psixologiyası və kimlik formalaşması çox həssas dövrdə olur.
Bəli, bu cür məsələlər cəmiyyətdə mövcuddur. Amma bu, uşaqların psixikasına və tərbiyəsinə təsir göstərə bilər. Ümumilikdə, bizim burada borcumuz ondadır ki, təkcə cinsi azlıqlarla bağlı yox, ümumiyyətlə, bütün sahələrdə həddindən artıq təbliğatın qarşısını alaq".
Psixoloq deyib ki, bir şeyin həddindən artıq təbliğ olunması heç vaxt faydalı deyil, istər din sahəsində, istər digər mövzularda:
"Hər şey ölçülü və balanslı olmalıdır. Qanun baxımından da düşünürəm ki, təbliğatda ifratçılığa yol verilməməlidir.Günün sonunda hər kəs öz yolunu tapmalıdır. Amma uşaqlar qarşısında cinsi azlıqlar mövzusunda açıq təbliğat aparmaq, yaxud bu mövzuda nümayişkaranə çıxış etmək yolverilməz haldır.Məktəblərdə də müxtəlif yönümə malik uşaqlar var. Bəziləri özünü qəbul edə bilmir, bəziləri isə hələ öz kimliyini dərk etməyib. Amma buna baxmayaraq, məktəblərdə bu mövzuda təbliğata yol verilməməlidir".
Onun sözlərinə görə, hansısa sənətçi və ya tanınmış şəxs məktəb auditoriyasına çıxırsa, vizual görkəmi və ya şəxsi kimliyi ilə deyil, ilk növbədə öz sənəti ilə, istedadı ilə nümunə olmalıdır.
"Yəni, uşaqlar o insanı “cinsi kimliyinə görə fərqli” kimi yox, “öz sahəsində uğur qazanmış bir peşəkar” kimi görməlidirlər. Bu zaman gələcəkdə incəsənəti, musiqini və ya digər sahələri sənət kimi qəbul etməyi öyrənəcəklər".
Qeyd edək ki, Mirzə Ələkbər Sabir adına Mədəniyyıt evində Anım Günü ilə əlaqədar keçirilən tədbirə transgender müğənni dəvət edilib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri