Icma.az
close
up
RU
Uşaqların cinsi inkişafı

Uşaqların cinsi inkişafı

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Uşaqlarının cinsi inkişafının nə dərəcədə normal getdiyini bilmək üçün valideynlər cinsi yetkinliyin bu və ya digər mərhələsinin başlanma dövrlərinə bələd olmalıdırlar.

Əgər uşağınızda ikincili cinsi əlamətlərin aşağıda göstərilən vaxtlardan 2 il qabaq və ya gec baş verdiyini aşkar etmiş olsanız, mütləq həkimə müraciət etmək lazımdır.

Uşaqların cinsi inkişafındakı normadan kənar olan halları iki qrupa ayırmaq olar:

- cinsi inkişafdan geri qalma,

- cinsi inkişafın vaxtından qabaq başlaması.

Əksər hallarda cinsi inkişafın gecikməsinin irsi-ailəvi formasına rast gəlinir. Bu zaman 15-16 yaşına çatmış uşağın xarici cinsiyyət üzvləri onun real yaş dövrünə uyğun gəlmir, ikincili cinsi əlamətlər isə ya zəif olur və ya heç olmur. Yalnız 15-16 yaşından sonra onlarda xarici cinsiyyət üzvləri normaya qədər inkişaf edir və eyni zamanda ikincili cinsi əlamətlər də formalaşır. Lakin ailənizin bir neçə nəslində uşaqların belə inkişaf etməsi faktına əmin olsanız da, uşağı yenə də endokrinoloqa göstərmək lazımdır.

Uşağın cinsi inkişafdan geri qalması cinsi xromosomların anadangəlmə dəyişikliyi (“artıq” və ya “çatışmayan” cinsi xromosomlar), endokrin xəstəlikləri, cinsi inkişafı gecikdirə bilən hər hansı bir digər ağır xəstəlik (məsələn, baş beyin şişləri) və s. səbəblər nəticəsində baş verə bilər. Bundan başqa, keçirilən ümumi xəstəliklər, natamam qidalanma, zəruri fiziki hərəkətliliyin olmaması, vitamin çatışmazlıqları, qulaq-burun-boğaz xəstəlikləri, məktəbdə, ailədə uşağın keçirdiyi daimi streslər və s. səbəblər də uşağın cinsi inkişafını ləngidə bilər.

Cinsi inkişafın ləngimiş olduğu hər bir halda, uşaq dərindən müayinə edilməli və bu ləngimənin səbəbi (və ya səbəbləri) müəyyən edilməlidir. Qeyd etmək lazımdır ki, müasir təbabət hal-hazırda cinsi inkişafın ləngiməsinin müalicəsi üçün bir sıra effektiv vasitələrə malikdir. Bu halda, valideynlər tərəfindən uşaqda cinsi inkişafın ləngiməsinin ilkin əlamətləri aşkar edilən kimi, mümkün qədər tez bir zamanda onu həkimə göstərmək çox vacib hesab edilir.

Əgər qızlarda 8 yaşa qədər, oğlanlarda isə 9 yaşa qədər olan dövrdə daha böyük yaşlara uyğun cinsi inkişaf əlamətləri nəzərə çarparsa (oğlanlarda cinsiyyət üzvünün böyüməsi və qasıq nahiyəsində tüklərinin əmələ gəlməsi, qızlarda isə süd vəzilərinin böyüməsi, qasıq nahiyəsinin erkən tüklənməsi), bu halda vaxtından qabaq baş verən cinsi inkişaf barədə düşünmək olar.

Erkən cinsi inkişafın səbəbi irsi xüsusiyyətlər ola bilər. Təkrar edirik ki, ailənizə xas olan bu irsi xüsusiyyət barədə məlumatınız olsa da, uşağı həkimə göstərməyiniz vacib hesab edilir. Uşaqlarda erkən cinsi inkişafın digər səbəbləri - müxtəlif travmalar, infeksiyalar, qızlarda yumurtalıqların, oğlanlarda isə xayaların şiş xəstəlikləri, mərkəzi sinir sisteminin cinsi inkişafı tənzimləyən hormonlar ifraz edən hissələrinin şişləri və s. də ola bilər.

Uşağınızın sağlam və normal inkişaf etməsi üçün onu diqqətlə müayinə etmək və tələb olunan hallarda isə həkim-endokrinoloq tərəfindən düzgün müalicə etmək lazımdır. Müasir dövrdə belə patologiyaların müalicəsi sayəsində uşaqların normal inkişafını təmin etmək mümkün olur.

Oğlanların cinsi inkişafı

Oğlanlarda aktiv cinşi inkişaf dövrü, adətən, qızlardan 2 il gec olmaqla başlayır. Bu dövr 12-13 yaşlarından başlanır və yalnız 22-25 yaşlarında (boyatma prosesinin qurtarması ilə birlikdə) bitir. Cinsi yetkinlik dövrü başlayan zaman qanda testosteronun (kişi cinsi hormonu) səviyyəsinin kəskin şəkildə artması və ikincili cinsi əlamətlərin formalaşması baş verir: xayalıqda dərialtı piy qatının itməsi, üzərində piqmentasiya və qırışların əmələ gəlməsi, xayaların və cinsiyyət üzvünün böyüməsi, qasıq, qoltuq altının və üz nahiyəsinin tüklənməsi, qırtlağın böyüməsi və səsin dəyişməsi, spermatogenez (spermanın ifraz edilməsi) prosesinin formalaşması.

1-2 il ərzində bəzi oğlanlarda süd vəzilərinin bir qədər böyüməsi də (ginekomastiya) nəzərə çarpa bilər. Bu hal daha sonra öz-özünə keçib-gedir. 15-16 yaşlarında oğlanlarda bir çox hallarda erotik yuxugörmələrlə müşayiət olunan, pollyusiyalar (gecə vaxtları qeyri-iradi sperma ifrazı) baş verir. Oğlan uşaqlarında reproduktiv fəaliyyət 16-17 yaşlarında tam olaraq formalaşır.

Oğlanlarda ikincili cinsi əlamətlərin inkişaf mərhələləri:

11-12 yaş

səs tembrinin dəyişilməsi ola bilər qasıq nahiyəsində tək-tük tüklərin əmələ gəlməsi

12-14 yaş

səs tembrinin dəyişilməsi davam edir qasığın tüklənməsi artır qoltuqaltı nahiyənin tüklənməsi başlayır qalxanabənzər qığırdağın qabarması başlanır üst dodağın üstündə yumşaq tük örtüyü əmələ gəlir

14-15 yaş

səsin kişi tembri qasıqda və qoltuqaltı nahiyələrdə sıx tüklər üzün tüklənməsi güclənir xirtdək formalaşır

17 yas

spontan toxum ifrazı - pollyusiyalar baş verir (daha tez-tez yuxuda) yuxarıda qeyd olunanlar + qasıq və qoltuqaltında qalın və qıvrılmış tüklər.

Qızların cinsi inkişafı

Qızlarda cinsi inkişaf orta hesabla 8-10 yaşlarda başlayaraq 16-17 yaşlarında sona çatır. Cinsi yetkinlik dövründə bütün proseslər ciddi ardıcıllıqla inkişaf edir: 8-10 yaşlarında bud-sağrı nahiyəsi “yumrulaşır” və qadın bədən quruluşunu xatırladır; 10-12 yaşlarında qasıq nahiyəsində, 12 yaşından isə qoltuq altında tüklər əmələ gəlir. 12 yaşında bədən ölçülərinin kəskin dərəcədə artması müşahidə olunur. Sonda isə qızın cinsi inkişafının ən başlıca nəzərə çarpan hadisəsi olan – aybaşı (menstruasiya) başlanır. Əksər qızlarda aybaşının başlanması 13 yaşında baş verir.

Qızlarda ikincili cinsi əlamətlərin inkişaf mərhələləri:

8-10 yaş

süd vəziləri döş qəfəsi üzərində hələ ki, özünü büruzə vermir və ya giləətrafı dairə süd vəzi

giləsi ilə birlikdə bir qədər qabarmış olur;

10-12 yaş

süd vəziləri döş qəfəsi səthində bir qədər, bəzən də nəzərə çarpan dərəcədə

önə qabararaq gilələrlə birlikdə konus şəkli alır,

qasıqda tək-tük qasıq tükləri nəzərə çarpır, qoltuqaltı nahiyələrdə tük yoxdur;

12-13 yaş

süd vəziləri yumru forma alır, gilələr giləətrafı dairədən önə qabarır, qasıq nahiyəsinin tüklənməsi davam edir, qoltuqaltı nahiyələrdə tüklənmə əmələ gəlir, ilk aybaşıların başlanması ehtimalı olur;

13-15 yaş

süd vəziləri qadınlara xas forma alır, bütün qasıq üçbucağı tüklənir, qoltuqaltı nahiyələrdə tüklənmə güclənir - bu nahiyədə tüklər uzanır və qıvrılır, aybaşı mütəmadi xarakter alır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see248

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see243

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see234

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see233

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see233

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see224

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see223

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see210

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see187

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see182

Madiboya ağır cəza Koneyə kobud müdaxilə baha başa gəldi

25 İyun 2026 00:10see174

Qabaqlayıcı hərəkət etmək əmri verilib Zelenski

25 İyun 2026 00:52see173

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see168

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see164

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see162

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see162

Futbol üzrə 2026 cı il dünya çempionatında artıq on avtoqol var

25 İyun 2026 03:06see160

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see158

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see157

“Həm sosial həyatım, həm də telefonum olub” 700 BAL TOPLAYAN BURLAXATUN

25 İyun 2026 00:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri