Uşaqların playstation oynadığı yerdə siqaret çəkilir Deputat
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Əsas şikayət ondan ibarətdir ki, biz qəbul etdiyimiz qanunların icrasına nəzarət edə bilmirik. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul olunub, amma ölkənin bütün iaşə obyektlərində siqaret çəkilir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Elşad Musayev deyib.
Deputat bildirib ki, uşaqların "playstation" oynadığı yerdə siqaret çəkilir: "Biz də sakit dururuq, sonra deyirik ki, bunu necə icra edək? Bu qanunun icrasına kim nəzarət etməlidir? Günahı ilk növbədə özümüzdə axtaraq. Sakit duranda problem həll olunmur, bir-birinin üzərinə yığılır. Bizim gələcək nəslimiz çox böyük təhlükə altındadır. Səhərdən axşama qədər siqaretin içərisindədir, oturmağa, durmağa yer yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 Dekabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















