Doğulan uşaqların sayı ildən ilə azalır Deputat
Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkədə doğulan uşaqların sayının azalması aztəminatlı ailələrlə bağlı yeni mexanizmin yaradılmasını zəruri edir. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
"Doğulan uşaqların sayı ildən-ilə azalır. Təxminən son bir ildə 6 minə yaxın uşaqların sayında azalma var. BUnları nəzərə alıb aztəminatlı ailələrlə bağlı yeni mexanizm yaradılmalıdır", - deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
Deputat həmçinin təklif edib ki, sağlamlığını itirən vətəndaşların müayinə sistemini təkmilləşdirmək lazımdır. Eyni zamanda dəfn pulu ilə bağlı məsələnin elektronlaşması vacibdir.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















