Icma.az
close
up
RU
Uşaqların qəlbinə toxunmaq: dərsə həvəsləndirməyin sirri

Uşaqların qəlbinə toxunmaq: dərsə həvəsləndirməyin sirri

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Bəzən düşünürük ki, uşaqlar dərsdən qaçır, çünki tənbəldilər. Amma heç vaxt özümüzə sual vermirik: bəlkə də onların qəlbinə doğru sözlərlə, doğru yolla çata bilmirik? Axı uşaq dediyin, ruhunda kiçik bir sərnişin daşıyır, o sərnişin ya motivasiya olur, ya da küskünlük…

Uşaqları dərsə həvəsləndirmək, sadəcə “oxu ki, adam olasan” deməklə olmur. Uşağın qəlbinə toxunmaq lazım olur. Onu anlamadan, dinləmədən, hisslərini görmədən heç bir motivasiya işləmir.

Bəzən bir uşaq, bir sual, bir şikayət, bir köks ötürməsi bizim görmədiyimiz yorğunluğun, çarəsizliyin, özünü göstərməyə çalışan kiçik bir narazılığın səsidir. Onun “oxumaq istəmirəm” deməsi, əslində “məni bir az başa düş, mənim də çətinliyim var” deməkdir.

Uşaqları dərsə həvəsləndirmək üçün ilk addım sevgi ilə toxunmaqdır.
Mükəmməllik tələb etmirik , öz ritmində öyrənməsinə şərait yaradırıq.
Onunla yan-yana oturub bir sualı birlikdə açanda, uşağın gözündəki o “bacardım!” işığı var ha… bütün tənqidlərdən daha güclü motivasiyadır o.

Bəzən təkcə bir cümlə kifayətdir:
“Sən bacarırsan, mən sənə inanıram.”

Bu söz uşağın içində bir bağ açır, özünü dəyərli hiss etdirir. Uşaq üçün ən güclü yanacaq inamdır. Valideyn inamı, müəllim inamı, özünə inam…

Bir də unutmayaq: Uşaq dərsi sevmirsə, bəlkə də dərsi yox, dərs zamanı yaşadığı hissləri sevmir.
Gərginlik, qorxu, cəza bunlar motivasiya yaratmır, sadəcə uşağı böyüdür, amma içindən qopara-qopara…

Uşaqlar motivasiya istəyir, amma zorla yox, sevgi ilə.
Onlara kiçik uğurları göstərmək, “səhv etmisən, amma davam et” demək, yorulanda qucaqlamaq, çətin olanda yanında olmaq, ən böyük dərs motivasiyası budur.

Uşaqları dərsə həvəsləndirmək, onların kitablarla dostluq etməsini istəməkdir.
Bir uşağın dünyanı dəyişməsi bəlkə də o gün başladığı bir paraqrafla başlayır.
Bəlkə də oxuduğu bir cümlə gələcəyinə çevrilir.

Bəlkə… bir uşağın dərs həvəsi, bizim ona sevgidolu bir baxışımızla oyadılır.

Günay Hacıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Dekabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri