Icma.az
close
up
RU
Uşaqların dərsə hazırlığı: Məktəbi pisləməməkdən başlayın

Uşaqların dərsə hazırlığı: Məktəbi pisləməməkdən başlayın

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Yay tətili uşaqlar üçün istirahət dövrü olsa da, məktəbə qayıdış bəzən çətin ola bilir.

Dərslərə marağın azalması, tənbəllik bu dövrdə tez-tez rast gəlinən hallardandır.

Bu səbəbdən valideynlərin uşaqları psixoloji cəhətdən tədris ilinə hazırlaması məktəbə marağı gücləndirə bilər.

Uşaqları yeni dərs ilinə həvəslə başlamağa necə hazırlamaq olar?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən psixoloq Elgül Ağarzayeva bildirib ki, uşaqlarn məktəbə rahat uyğunlaşması üçün rejim dəyişikliyinə əvvəlcədən başlamaq lazımdır: “Tətil dövrünün bitməsinə, məktəbin başlamasına az müddət qaldığı üçün bu həm valideynlərdə, həm də uşaqlarda psixoloji dəyişikliklər eləcə də bir qədər böhran müşahidə oluna bilər. Uşaqların məktəbə başlamasında ən böyük dəyişiklik rejimdir. Təbii ki, uşaq məktəbə getdikdə daha erkən oyanmalıdır. Yay dövründə isə sərbəst rejim olduğu üçün bu dəyişiklik uşağı narahat edə bilər. Ona görə də rejimin bərpasına daha erkən başlamaq lazımdır.

Dərslərin başlamasından həftələr öncə bu rejimə uyğunlaşmağa başlanılsa, bu, uşağa problem yaratmaz”.

Onun sözlərinə görə, valideynlər məktəb barədə müsbət və motivasiyaedici danışmalıdırlar: “Digər əsas məqam odur ki, valideynlər evdə məktəbin başlanılması ilə bağlı söhbətlərə başlanılmalıdır. Həmçinin, valideynlər övladına xoş, motivasiyaedici hekayələr danışmalıdır. Məktəb haqqında danışarkən tələbkarlıq, mütləq yaxşı oxumalısan kimi fikirlərdən çəkinməlidir. Valideyn övladına məktəbdə çox uğur qazanacağını, orda dostlarının onu gözlədiyi kimi motivasiyaedici hekayələrə köklənsək uşaqda məktəbə psixoloji sağlam olaraq başlayar və məktəbi özü üçün dost məkan olaraq görər”. 

Psixoloq qeyd etdi ki, məktəb əşyalarını birgə seçmək və keçmiş uğurları xatırlatmaq uşağın həvəsini artırır: “Məktəbə hazırlıq zamanı onun sevdiyi əşyalar, onu istifadə edəcəyi kitablar, geyimlər uşaqla birgə seçilsə, məktəbə getmək üçün psixoloji motivasiya yaranacaq. Valideyn həmin ildəki xoş hekayələri, uğurları yada salmalı, daha çox uğur əldə edə biləcəyi haqqında söhbətlər aparılmalıdır. Yeri gəldikdə, valideyndə öz məktəb həyatındakı marraqlı anlar haqqında danışamalıdır ki, uşaqda məktəbə həvəs yaransın”. 
Gülər

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri