Icma.az
close
up
RU
Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılmalıdır Sosioloq

Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılmalıdır Sosioloq

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Bu təşəbbüs, uşaqların rəqəmsal sağlamlığını qorumaq məqsədilə həyata keçiriləcək.


Belə bir zərurət nəyə görə lazımdır və hansı yaşa qədər məhdudiyyətin tətbiqi yaxşı olardı?


Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bu qərarın çox vacib olduğunu dedi.

Onun sözlərinə görə, adıçəkilən ölkələr anlayır ki, belə vəziyyətdə nə uşaq yaşda, nə yeniyetmə, nə də gənc yaşda normal tərbiyə həyata keçirmək mümkün deyil. 


L.Mehralının fikrincə, zəruri şərtlər daxilində tərbiyə almayan uşaqların quracağı gələcək narahat və etibarsız olacaq:


“Ona görə də bu vəziyyətin fərqinə vararaq sosial şəbəkələrə məhdudiyyət tətbiq etmək düzgün addımdır. Əslində, bu, çoxdan həyata keçirilməli idi. Bizim ölkədə də bu cür tədbirlərə ciddi ehtiyac var. Ümumiyyətlə, 18 yaşına qədər insanların sosial şəbəkələrdən istifadəsi qadağan olunmalıdır. Artıq 8 yaşlı qız uşaqları “TikTok”da video çəkərək paylaşır, qəribə rəqslər edir, makiyaj edir və kamera qarşısında poz verir. Valideynlərin də bəziləri 8-10 yaşlı uşaqlarını çəkib paylaşmaq üçün bir-biri ilə yarışırlar. Hər kəs öz övladını digərlərindən üstün göstərmək istəyir, onun bacarıqlarını diqqətə çatdırmağa çalışır. Bu yaxşı hissdir. Amma bu fərqliliklər təhsil uğurları, idman nailiyyətləri və ya istedad yönümlü olmalıdır. Təəssüf ki, bu gün valideynlərin bəziləri uşaqlarını makiyajlı, orientallarla dolu videolarda paylaşırlar”.


O vurğulayıb ki, bu cür hallar ciddi şəkildə nəzarətə götürülməlidir:


“Bu valideynlər övladlarının gələcəyini, şəxsi məkanını və məhrəmliyini düşünmürlər. Əgər valideyn belə davranırsa, sosial şəbəkələrin necə işlədiyini artıq dərk edən bir uşaq başqa cürmü böyüyəcək? Təbii ki, gördüyünü tətbiq edəcək və sosial şəbəkənin əsirinə çevriləcək. Səhəri açar-açmaz, gözümüzü yumamış telefona baxırıq. Sosial şəbəkədə nə baş verdiyini yoxlayır, paylaşmaq ehtiyacı hiss edirik. Elə bil insanlar paylaşmadan o günü yaşamış hesab etmirlər, sanki varlıqlarını paylaşmaqla təsdiqləyirlər. Bu, artıq bir asılılıqdır”.


Sosioloq əlavə edib ki, bu asılılıq uşaqların tərbiyəsinə birbaşa təsir göstərir:


“Uşaqlar da hər addımlarını paylaşmaq ehtiyacı hiss edirlər. Təəssüf ki, onları izləyən təhlükələrin fərqində deyillər. Paylaşdıqları məzmunların yaşlarına uyğun olmadığını isə ümumiyyətlə anlamırlar. Əgər valideynlər bu prosesi idarə edə bilmirsə, dövlət bu məsələyə müdaxilə etməlidir. Bu gedişata bir “dayan” demək lazımdır. Uşaqların gələcəyi naminə bu vəziyyətə mütləq şəkildə stop qoyulmalıdır”.


Fidan Hacızadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see239

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see199

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see149

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see138

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see134

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see129

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see128

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see127

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see126

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see126

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see125

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri